Son dəqiqə
14-09-2021, 13:12
2324

"Bakcell" abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb

"Bakcell" abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb


“Bakcell” şirkətinin abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb.

XəbərTv.info bildirir ki, şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək göstərmək istəyən abunəçilər öz mobil telefonlarından “8112” qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla SMS göndərərək müvafiq olaraq, 1, 3, 5, 10, 20 və 50 manat məbləğində ianə edə bilərlər. “Bakcell” nömrələrindən SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur!

Xatırladaq ki, bu ilin əvvəlində “Bakcell” şirkəti Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat məbləğində vəsait köçürüb. “Bakcell” şirkətinin də daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 mln. manat təşkil edib.

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir (https://qdf.gov.az/).

Qarabağ Dirçəliş Fonduna digər platformalar vasitəsilə də ianə etmək mümkündür. Ətraflı: ( https://qdf.gov.az/iane-et/).

Digər xəbərlər

Həsən Ruhani Şərqi Azərbaycana səfər edəcək
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Xaçmazda narkotikə görə üç nəfər saxlanılıb
İlham Əliyev: “İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik”
Medianın İnkişafı Agentliyində görüş keçirilib - Fotolar
Son sutkada 45 nəfər koronavirusdan öldü
Bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib
COVID-19 testlərinin maya dəyəri 40 manatdır
Məhkəmə sistemimizə göydən zənbillə düşən Vidadi Cəfərov
Bu gün akademik Arif Paşayevin doğum günüdür
Çavuşoğlu yenidən Bakıya gəldi
Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutuldu
Müdafiə Nazirliyi daha bir erməni yalanını ifşa etdi
Fransada silahlı hücum olub, 3 jandarm öldürülüb, 1-i yaralanıb
Nazirdən Mirqafar Seyidovun yerinə təyinat
İlham Əliyev Ərdoğanı təbrik etdi
Ermənilərin polkovniki ağır yaralandı, polkovnik-leytenantı isə məhv edildi
Cənab Prezident, Mingəçevirdə seçki saxtalaşdırılıb! - 7 NAMİZƏDİN MÜRACİƏTİ
İşğaldan azad edilmiş ərazilərdə xristian abidələri istifadəyə veriləcək
ABŞ alimlərindən ŞOK: İnsan öləndən sonra…
Ramzan Kadırov 21 yaşlı qızını nazir müavini təyin etdi
“Qarabağ” və “Neftçi”nin yeni liqada qruplara düşmək üçün son şansı
Paşinyan Medvedevlə görüşəcək
Sərnişin daşıyan koronavirus xəstəsi haqda cinayət işi başlandı
Bakıda hipermarketə basqınla bağlı həbs edilənlərin sayı artıb: Məhkəmə başlayır -
İtaliyada vulkan püskürdü - Video
Bakı metrosunda oğlan qıza TƏCAVÜZ ETDİ - Qızın ürəyi getdi
Yenidən Qazaxıstanın Baş naziri təyin olundu
Azərbaycan ən çox hansı ölkələrə məhsul satıb? - FOTO
Sabahdan bu şəxslərin vaksinasiyasına başlanılır
{sape_links}{sape_article}