Son dəqiqə
29-09-2021, 17:31
2371

İran Kiprdə israilli biznesmeni öldürmək üçün azərbaycanlı killer göndərdi

İran Kiprdə israilli biznesmeni öldürmək üçün azərbaycanlı killer göndərdi


Kipr respublikasında tutulan azərbaycanlı killerlə bağlı yeni sensasion təfərrüatlar ortaya çıxıb.

İsrail KİV-ləri Kipr televiziyasına istinadən bildirir ki, saxlanılan həmin şəxsin İran xüsusi xidmət orqanlarının sifarişi ilə israilli biznesmeni qətlə yetirmək üçün göndərildiyi ehtimal edilir. Hazırda Kiprdə misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb və azərbaycanlı killerin siyahısında olan şəxslər təcili olaraq bu ölkədən çıxarılıb.

Bildirilir ki, Rusiya pasportu daşıyan həmin azərbaycanlı saxlanılanda icarəyə götürdüyü avtomobildə olub. Onun üzərindən səsboğuculu tapança və üç mobil telefon tapılıb. Şübhəli şəxsin siyahısında öldürülməsi nəzərdə tutulan azı beş nəfərin olduğu bildirilir. Kipr hakimiyyəti bu haqda məlumat alan kimi bir neçə adama xəbərdarlıq edib və onlar adadan qaçıb gizlənməyə imkan tapıblar.



Məlumatda deyilir ki, azərbaycanlı killer Rusiyadan təyyarə reysi ilə təxminən iki həftə əvvəl Kiprin Larnaka aeroportuna gedib. O vaxtdan bəri saxlanılana qədər Famaqusta rayonunda mübahisəli ərazidə iki dəfə gecələyib.

Həmin şəxs Kiprin bəzi rəsmi şəxsləri ilə görüşəndə Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının diqqətini cəlb edib. Kiprin yunan və türk hissəsi arasında diqqəti cəlb etmədən yerdəyişmə etməyə çalışan bu şəxs Anqomi kəndi yaxınlığında elektrosamokatdan düşərək kirayə götürdüyü avtomobilə minib, bu vaxt onu polis əməkdaşları saxlayıb.

Hazırda şəxsdən götürülmüş tapança ballistik ekspertizadadır və xüsusi xidmət əməkdaşları onun telefonlarından informasiyaları götürməyə çalışırlar. Habelə şübhəlinin avtomobili olan yerin yaxınlığındakı videomüşahidə kameralarının görüntüləri izlənilir. Həmin yerin yaxınlığında killerin siyahısında olan biznesmenin ofisi yerləşir.

Azərbaycanlının barəsində həbs qətimkan tədbiri daha 8 gün uzadılıb, onun məhkəməsi qapalı rejimdə keçirilib. Kipr KİV-ləri adada bu vaxta qədər görünməmiş təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirir. Polis isə söhbətin Kiprin dövlət təhlükəsizliyindən getdiyini açıqlayıb.





XəbərTv.info

Digər xəbərlər

Həftənin ilk gününə olan hava proqnozu
44 günlük müharibədə evi dağılan vətəndaş: “Kimin adamı varsa...”
Daşkəsəndə əməliyyat: Vəzifəli şəxs saxlanıldı
Gürcüstanda komendant saatı elan olundu
Erdoğan: “Qarabağda qırmızı xətt keçilsə, atamın oğlu da olsa, gözünə baxmaram”
Elmi Cərrahiyə Mərkəzindən 327 minlik ŞÜBHƏLİ TENDER – Qalib şirkətin sahibi KİMDİR?
İcra başçısının birinci müavini Siyəzəni talan edir! Ruslan Quliyev - VİDEO
Ermənilərin Qarabağdan çıxışına qadağa qoyuldu
Qaradağ rayon icra başçısının mülklərinin siyahısı yayımlandı (FOTO)
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb
Məktəbin üçüncü mərtəbəsindən yıxılan qız intihar edib?
Sabahın hava proqnozu açıqlandı
Azərbaycanda koronavirusdan ölənlərin sayı kəskin artdı
Bakıda COVİD-19-un ən çox yayıldığı rayonlar açıqlandı - SİYAHI
Mütləq çəki dərəcəsində turnir qrup sistemi üzrə keçiriləcək
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...
"Bu şəhərdə"nin məşhur aktyoru oğlu ilə - foto
Mövlud Çavuşoğlu Vətən müharibəsi şəhidlərini yad etdi
“Panorama Park” Yaşayış Kompleksinin sakinləri kimdən narazıdır? - GİLEY
Temperatur enəcək, leysan olacaq
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda OYUNBAZLIQLAR...
Komitə sədri valideynlərə müraciət etdi: "Məsuliyyətli olun!"
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb
Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi
“Taliban” ingilis abreviaturundan istifadəni qadağan etdi
Tədrisi digər dillərdə aparılan I siniflərə uşaqların qəbulu məqsədilə canlı müsahibələrə başlanılıb
Azərbaycanda dezinfeksiya tunelinin istehsalına başlanıldı
Zeynəb Xanlarovanın Milli Məclisə gəlməməsinin səbəbi açıqlandı
Azərbaycanda son sutkada 2075 nəfər COVID-19-a yoluxub, 2 480 nəfər sağalıb, 32 nəfər vəfat edib
"Lider" telekanalının yayımının dayandırılması ilə bağlı AÇIQLAMA
{sape_links}{sape_article}