Son dəqiqə
20-10-2021, 14:55
2406

“Qumarxanalar kralı”nı sifarişlə öldürən Həsən Müzəffərov ömürlük həbs edildi”...

“Qumarxanalar kralı”nı sifarişlə öldürən Həsən Müzəffərov ömürlük həbs edildi”...


Türkiyənin Bursa şəhərində 2019-cu ilin oktyabrında yerli “kazino kralı”, gecə klublarının sahibi Zeynel Demiri sifarişlə qətlə yetirməkdə ittiham olunan Azərbaycan vətəndaşı, 23 yaşlı Həsən Müzəffərov ömrünün qalan hissəsini həbsxanada keçirməli olacaq. Çünki məhkəmə ona və qətli sifariş verməkdə təqsirli bilinən yerli sakin İbrahim Yıldırıma ömürlük həbs cəzası kəsib.

XəbərTv.info Türkiyə mediasına istinadən xəbər verir ki, H.Müzəffərov 55 yaşlı Zeynel Demiri sahibi olduğu gecə klubundan çıxarkən güllələyib, o aldığı 3 güllə yarasından xəstəxanada keçinib. Hadisədən az sonra H.Müzəffərov və İbrahim Yıldırım tutulublar. Daha sonra onlarla əlaqəsi olan Bilal A. adlı şəxs də saxlanılıb, amma məhkəmə onun qətldə əli olmadığı qənaətinə gəlib.



İş üzrə məhkəmə ötən ilin iyununda başlamışdı. “Qumarxanalar kralı”nı öldürmək sifarişini verməkdə ittiham olunan Yıldırım məhkəmədə deyib ki, onun hadisədən xəbəri yoxdur. “Hadisə baş verən günü özümə avtomobil almaq istəyirdim. Bu məsələdə mənə kömək etməsi üçün saat 16.00 radələrində Bilal Aksoyla görüşdüm. Onunla görüşəndə yanında Həsəni gördüm. Həsənlə yaxın tanışlığım yoxdur. Həsən Elmasbahçeler məhəlləsinə çatanda avtomobildən endi. Bilalı isə yanacaqdoldurma məntəqəsində düşürdüm. Daha sonra saat 19.00 radələrində hadisə yerinə yaxın yerdə olan avtomobilə baxmağa getdim. Polisin küçəni bağladığını gördüm, Zeynel Demirin öldüyünü öyrəndim. Gecə saat 22.00 radələrində polis mənimlə əlaqə saxladı. Polisin göstərdiyi fotoşəkil Həsənə aid idi. Həsəni çağırdım, polis yaxaladı. Hadisə ilə əlaqəm yoxdur. Heç vaxt Zeynel Demirlə aramızda düşmənçilik olmayıb. Bir-birimizə “dayıoğlu deyirdik”. Həsənə onu öldürmək barədə sifariş verməmişəm”, - təqsirləndirilən bildirib.

Həsən Müzəffərov isə məhkəmədəki ifadəsində deyib ki, Türkiyəyə 7 il əvvəl gəlib. İbrahim Yıldırımı isə dörd ildir tanıyır.



“Qardaş kimiyik. Setbaşı məhəlləsində yaşayıram. Hadisə günü ya İbrahim mənimlə əlaqə saxladı, yoxsa mənmi ona zəng vurdum, bilmirəm. Avtomobili ilə gəlib məni götürdü. Avtomobildə ondan başqa heç kim yox idi. Yolüstü Bilalı görüb avtomobilə mindirdik. Məni avtovağzala aparmasını xahiş etdim, Malatyaya gedəcəkdim. Bilal maşından endi. İbrahim mənə dedi ki, Zeynel Demirlə düşmənçiliyi var. Məndə silah olduğunu bilirdi. “Zeyneli ayağından yarala”, dedi. Hadisənin baş verdiyi ərazinin yaxınlığında maşından düşdüm. Zeynel Demir gecə klubunun qarşısında dururdu. Yaxınlaşdım və silahı çəkib yerə tərəf 4 dəfə atəş açdım. Yıxıldığını görüb qaçdım. Sonra xəbərlərdən eşitdim ki, güllələr belindən dəyib. Öldürmək niyyətim yox idi”, - o deyib.

Məhkəmədə o da üzə çıxmışdı ki, kimlərsə Həsən Müzəffərov üçün həbsxanaya pul göndərir.

Digər xəbərlər

Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
Prezident: “Guya Şuşa bizə elə-belə verilib"
Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Rayonlara gediş-gəlişdə qiymət artımı 50 faizi ötüb - VİDEO
Jurnalist Seymur Kazımov: "Təcili yardım gəlmədi... Və atam öldü"
Bulvarda intihar
DİN-dən XİN-ə: Xələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi oldu - DOSYE
"Qarabağ" artıq Sevilyadadir
Karantin rejimini pozanlar Bakıda həbs edildilər - Fotolar
Azərbaycanda "Analar Günü" təsis oluna bilər - EKSKLÜZİV
Prezident FHN əməkdaşlarını təltif etdi
Türkiyə Suriyanı hədələyir.
Diqqət: Bu gün saat 11:00-dan etibarən...
Ermənistan müharibədə itirdiyi polislərin sayını açıqladı
AZAL-da TƏFTİŞ: Cahangirin SONU ÇATIR?
Ramiz Mehdiyev seçkidə də uduzdu
“Disney” filmlərinin Rusiyada nümayişini qadağan etdi
Bakıda daha 3 məktəb koronavirusa görə distant tədrisə keçib
Bakıda gənc qız özünü hamamdan asdı
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi
DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Rusiya bütün gəmilərini cəmləşdirib, dənizdən hücuma hazırlaşır
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Messidən rekord, Vidaldan ardıcıl 8-ci çempionluq
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
“AAAF Park”da OĞURLUQ
Rus hərbçilərdən erməni sürücülərə XƏBƏRDARLIQ – Azərbaycan əsgərləri sizi saxlasa… - FOTO
Səudiyyəyə dəhşətli hücum: neft obyektləri vuruldu
Bu gün “Qarabağ” tarixi matça çıxır
{sape_links}{sape_article}