Son dəqiqə
İdman
28-04-2022, 11:46
236
Mahir Emrelinin oyun zamanı çiyni çıxıb
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çiyni çıxıb.
Xəbərtv.info xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç bildirib. O qeyd edib ki, Emreli həkimlər meydana daxil olanadək çiynini yerinə salıb.
Hətta Emreli həmin epizoddan sonra ayağa qalxaraq oynamağa davam edib.
Hazırda forvardın müalicəsi başlayıb.
Qeyd edək ki, "Dinamo" "Qoritsa"ya 1:0 hesabı ilə qalib gəlib.