Son dəqiqə
9-05-2022, 10:52
247

İlham Əliyev faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini anıb - FOTO

İlham Əliyev faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini anıb -

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür.

Xəbərtv.info xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir.

Azərbaycan xalqı artıq ikinci ildir ki, 1941-1945-ci illər faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat qürur hissi ilə qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət, nəhayət Zəfər çaldı və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.




Digər xəbərlər

Son sutkada vaksin olunanların sayı açıqlandı
Keçmiş deputat və qardaşı “Şah İsmayıl” adlı şirkət yaradıb (FOTOFAKT)
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edilib
Deputatlar Türkiyəyə səfər edəcəklər
Tərtərdə 25 yaşlı gənc intihar edib
Mirvari Gahramanli: Sevinc hissi ilə bildirirəm ki:...
Əyləncə məkanları açılır
"Zoom"da ciddi boşluq aşkarlanıb
Zaqatalada ildırım çaxdı, 70 abonent qazsız qaldı
Yevlaxda 24 yaşlı gənc qətlə yetirildi - Saxlanılan var
“Pokrovka Məhərrəm” kimi tanınan şəmkirli mafioz Azərbaycana deportasiya edildi
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
“Heç olmasa 2 həftəlik sərtləşmə olmalıdır”
Azərbaycan istehsalı olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı
“Qaçqınkom”: Məcburi köçkünlər arasında süni boşanmalar
Rauf Vəliyevin adı ŞOK QALMAQALDA... - Prezidentə müraciət olundu
Ərdoğanın izlənmə rekordları qıran görüntüləri - VİDEO
Ali məktəblərə qəbul qaydalarında dəyişiklik - Qərar
Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.
Azərbaycanda uçuşlarla bağlı qayda dəyişdirildi
Qurbanlının nəzir qutuları - Dövlət Komitəsi ilə bağlı MÜƏMMALAR -
Portuqaliyanın hazırkı dövlət başçısı prezident seçkilərində qələbə qazandı
Rusiyada azərbaycanlı vəkil başqasının mənzilini saxta yolla mənimsəməkdə ittiham edilir
Pərviz Müşərrəfə çıxarılan ölüm hökmü ləğv edildi
Azərbaycanda kollecdə  OLAY: Mühafizəçi 17 yaşlı qızla cinsi əlaqədə OLDU - HƏBS EDİLDİ
Polisin avtobus sürücüsünü döyməsi iddiasına - DİN-dən reaksiya
Ağstafanın yeni icra başçısı kimdir? - DOSYE
Metroda bu günə qədər heç bir şübhəli hal aşkarlanmayıb
İlham Əliyev Türkmənistan Prezidenti ilə videokonfrans keçirdi
Bu ölkələrdə koronavirusun yayılmadığı iddia olunur - SİYAHI
{sape_links}{sape_article}