Son dəqiqə
Ölkə
19-01-2021, 09:32
4 513
Zaqatalada ildırım çaxdı, 70 abonent qazsız qaldı
Zaqatalada qaz xəttini ildırım vurub, 70 abonent qazsız qalıb.
Belə ki, ötən gecə rayon ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti fəsadlar törədib.
Rayonun Aşağı Tala kəndi ərazisində 70 abonenti qazla təmin edən 76 mm-lik qaz xəttini ildırım vurması nəticəsində yanğın baş verib. Hadisə yerinə cəlb edilən müvafiq qurumlar tərəfindən yanğının qarşısı alınıb. Abonentlərə təbii qazın verilməsi müvəqqəti dayandırılıb.
Ərazidə olan elektrik dirəyini də ildırım vurub. Əraziyə elektrik enerjisinin verilməsində müddətli fasilə yaranıb.
Müvafiq qurumların apardıqları təmir nəticəsində elektrik enerjisinin verilməsi qısa müddətdə bərpa edilib.
XeberTv.info