Son dəqiqə
31-05-2022, 11:00
299

DTX-dən ƏMƏLİYYAT: 394 nəfəri aldadan şəxs tutuldu

DTX-dən ƏMƏLİYYAT:
Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində “Aztechnolog” adlı “İnstagram” səhifəsini idarə edən şəxslər tərəfindən maddi maraq zəminində istifadəçilərin müraciəti əsasında üçüncü şəxslərin “WhatsApp” tətbiqindəki yazışmalarının kibermüdaxilə yolu ilə gizli ələ keçirilməsi və izlənilməsi üçün təqdim olunması ilə bağlı yayılmış məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən nəzarətə götürülərək araşdırılmışdır.

Xəbərtv.info Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinə istinadən məlumatına görə, məlum olmuşdur ki, 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Əsgərov Arif Həmid oğlu “İnstagram” sosial şəbəkəsində “Aztechnolog” (www.instagram.com/xakkerhuseyn) adı ilə qeydiyyatdan keçərək sözügedən səhifədə müəyyən pul müqabilində “WhatsApp” yazışmalarının ələ keçirilməsi və izlənilməsi məqsədilə elektron ünvan (keçid linki) təqdim edilməsinə dair bilərəkdən yalan məlumat yerləşdirmiş, bu xidmət üçün müraciət edənlər pul vəsaitlərini Arif Əsgərovun sərəncamında olan bank kartı hesabına köçürərək, ödəniş barədə qəbzlərin surətini qeyd olunan “İnstagram” səhifəsinə göndərmiş, lakin sonra həmin şəxslərin müvafiq səhifəni idarə edən şəxslə əlaqə yaratma cəhdləri baş tutmamış və onlara ödədikləri vəsaitin əvəzində heç bir xidmət təqdim edilməmişdir.

Arif Əsgərov bu yolla 25 may 2022-ci il tarixədək olan müddət ərzində əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən qanunsuz istifadə edilməklə belə tədbirlərin keçirilməsinə təhrik edib aldatdığı 394 nəfər şəxsin pul vəsaitlərini ələ keçirmişdir.

Arif Əsgərov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Hazırda araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
Prezident: “Guya Şuşa bizə elə-belə verilib"
Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Rayonlara gediş-gəlişdə qiymət artımı 50 faizi ötüb - VİDEO
Jurnalist Seymur Kazımov: "Təcili yardım gəlmədi... Və atam öldü"
Bulvarda intihar
DİN-dən XİN-ə: Xələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi oldu - DOSYE
"Qarabağ" artıq Sevilyadadir
Karantin rejimini pozanlar Bakıda həbs edildilər - Fotolar
Azərbaycanda "Analar Günü" təsis oluna bilər - EKSKLÜZİV
Prezident FHN əməkdaşlarını təltif etdi
Türkiyə Suriyanı hədələyir.
Diqqət: Bu gün saat 11:00-dan etibarən...
Ermənistan müharibədə itirdiyi polislərin sayını açıqladı
AZAL-da TƏFTİŞ: Cahangirin SONU ÇATIR?
Ramiz Mehdiyev seçkidə də uduzdu
“Disney” filmlərinin Rusiyada nümayişini qadağan etdi
Bakıda daha 3 məktəb koronavirusa görə distant tədrisə keçib
Bakıda gənc qız özünü hamamdan asdı
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi
DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Rusiya bütün gəmilərini cəmləşdirib, dənizdən hücuma hazırlaşır
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Messidən rekord, Vidaldan ardıcıl 8-ci çempionluq
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
“AAAF Park”da OĞURLUQ
Rus hərbçilərdən erməni sürücülərə XƏBƏRDARLIQ – Azərbaycan əsgərləri sizi saxlasa… - FOTO
Səudiyyəyə dəhşətli hücum: neft obyektləri vuruldu
Bu gün “Qarabağ” tarixi matça çıxır
{sape_links}{sape_article}