Son dəqiqə
16-01-2020, 16:49
902

Musa Şəkiliyevin durumu gərgindir - İDDİA

Musa Şəkiliyevin durumu gərgindir - İDDİA

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev şəhər-rayon icra hakimiyyətlərinin başçılarını qəbul edib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Samir Nuriyev bir sıra rayonun icra başçılarını sərt tənqid edib. Seçki öncəsi özfəaliyyətlə məşğul olan bir sıra rayon və şəhərlərin icra başçıları barədə PA rəhbərinə ayrıca məruzə olunub. Həmin rayonlar sırasında Qax da var.

Belə ki, Qax rayonu icra hakimiyyətinin başçısı Musa Şəkiliyev bütün yerli idarə və qurumların rəhbər şəxslərindən tutmuş sıravi əməkdaşlarını qəbuluna çağıraraq, kobud surətdə təhqir edir, seçkilərdə hazırkı deputat Azər Kərimliyə səs vermələrini tələb edir ki, bu da kobud qanun pozuntusudur.

Bundan başqa, Musa Şəkiliyev sosial şəbəkələrdə digər deputatlığa namizədlərin paylaşımlarını bəyənən, həmin namizədlərlə ümumiyyətlə sosial şəbəkələrdə dost olan yerli qurumların nümayəndələrini, orta məktəb müəllimlərini, həkimləri və texniki işlərdə çalışan yerli sakinləri hədə-qorxu yolu ilə təzyiq altında saxlayır. İcra başçısının bucür kobud rəftarına məruz qalan şəxslərin redaksiyamıza verdiyi məlumata görə, icra başçısı Musa Şəkiliyev Facebookda saxta profillə girərək, bütün yerli məmurların paylaşımlarına, kimləri bəyəndiklərinə nəzarət edir və bir-bir həmin yerli məmurlara zənglər edərək, öz əməkdaşlarına ciddi nəzarət etmələrini istəyir.

Qaxın icra başçısı Musa Şəkiliyevin bu qanunsuz hərəkətləri barədə yerli hüquq-mühafizə orqanları da məlumatlıdır və onlar da öz səlahiyyətləri çərçivəsində müvafiq araşdırmalar aparırlar.

Zəruri qeyd: Görünən odur ki, Qaxın icra başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən kabinetində saxlanılan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin qanunsuz əməllərindən nəticə çıxarmaq istəmir və ölkə başçısı cənab İlham Əliyevin son aylar uğurla həyata keçirdiyi islahatlar dalğasına hər vəchlə mane olmağa çalışır. //qax.org.az//

Digər xəbərlər

Milli Məclisin buraxılması: prezident Konstitusiya Məhkəməsinə müraciət etdi
"Müharibədən sonrakı dövrdə Azərbaycan üç əsas problemlə üzləşib..." - Konfliktoloq
Cem Yılmazın vəziyyəti səhnədə pisləşdi
Həftəsonu qadağası bitdi
Ermənilər məğlubiyyətlərinə don geydirməyə çalışır: "Taktiki olaraq geri çəkilmişik"
Tarix İnstitunun direktoru vəzifəsindən azad edildi
Sərnişin daşıyan koronavirus xəstəsi haqda cinayət işi başlandı
"Neftçi" Avropa Liqasında növbəti mərhələyə yüksəldi
Kanadada uşaqları təsdiqlənməmiş dərmanla vaksinasiya etdilər
İradə Gülməmmədovanın 1.3 milyon ödəyəcəyi şirkət kimindir?
“Azəriqaz”ın baş mütəxəssisi işləmiş Füzuli Suriyada İŞİD-ə qoşuldu
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir - FOTOLAR
ABŞ-da qaz kəmərində güclü partlayış - VİDEO
Ölkədə son sutkada vaksin vurulmayıb
Malidə hərbi düşərgəyə hücum: 19 əsgər öldü
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə Şuşaya gedəcəklər
Vilayət Eyvazov baş leytenanta vəzifə verdi
Koronavirus səbəbindən 8 məktəb distant təhsilə keçdi
Siyavuş Novruzov icra başçılarını tənqid etdi: “Gələn kimi deyir ki, ərizəni yaz, get” - VİDEO
Sabah hava yağmursuz olacaq
Prezidentin Köməkçisi: “Əsgərlərimiz Füzulidə bayraq asmağa salamat bina tapmırdılar”
Paşinyanın etirafı: ermənilər İranın Ermənistana göstərdiyi köməyi heç vaxt unutmayacaq
Polis Akademiyasına yeni rəis təyin olundu - FOTO
Millət vəkili “Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumu”nda iştirak edəcək
Ukraynada əmisi oğlunu öldürən azərbaycanlı tutuldu
Düşmən cəbhədə təxribat törətdi, mülki əhali atəşə tutuldu: Ölən və yaralananlar var - RƏSMİ
BƏƏ-də 48 mərtəbəli binada dəhşətli yanğın
Ermənistan ölən daha 72 hərbçinin adını açıqladı
İmişlidə 3 otaqlı mənzil yanıb - FHN
{sape_links}{sape_article}