Son dəqiqə
4-10-2021, 10:15
2443

Paşinyanın etirafı: ermənilər İranın Ermənistana göstərdiyi köməyi heç vaxt unutmayacaq

Paşinyanın etirafı: ermənilər İranın Ermənistana göstərdiyi köməyi heç vaxt unutmayacaq


"Ermənistan heç vaxt İrana qarşı sui-qəsddə iştirak etməyib və heç vaxt iştirak etməyəcək. Üstəlik, Tehranla münasibətlər İrəvan üçün son dərəcə vacibdir". "Armenpress" xəbər verir ki, bu sensasion etirafı Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Litvanın erməni icması ilə görüşündə səsləndirib.

Paşinyan İranın maraqlarının Ermənistan üçün "çox əziz olduğunu" və rəsmi İrəvanın İranın maraqlarına heç vaxt xəyanət etməyəcəyi fikrini ifadə edib. O, rəsmi Tehranın bunu yaxşı bildiyinə əminliyini ifadə edib.

"Əminəm ki, İranlı həmkarlarımız bunu bilirlər - Ermənistan heç vaxt İrana qarşı sui -qəsddə iştirak etməyib və etməyəcək, çünki bu münasibətlər bizim üçün son dərəcə vacibdir. 90-cı illərin əvvəllərində İranın bizim üçün "həyat yolu" olduğunu heç vaxt unutmayacağıq", - Paşinyan bildirib.

O qeyd edib ki, ikitərəfli münasibətlərin əsasını digər məsələlərlə yanaşı, məhz bu amil təşkil edir. Paşinyan İranın yeni prezidenti Raisi ilə iki görüşün keçirdiyini vurğulayıb. Ermənistan hökumətinin başçısı hesab edir ki, bu fakt Tehranla münasibətlərin İrəvan üçün nə qədər önəmli olduğunu göstərir.

Paşinyan onu da vurğulayıb ki, hazırda Ermənistan-İran iqtisadi əlaqələri sanksiyalara görə tam həcmdə inkişaf edə bilmir. "Lakin Ermənistanın İranla böyük layihələri var. İran prezidenti ilə görüşdə bu layihələrin həyata keçirilməsini sürətləndirməyi təklif etmişəm".

Söhbət İran şirkəti ilə birlikdə İslam Respublikasına üçüncü elektrik ötürmə xəttinin inşasının sürətləndirilməsindən, həmçinin "elektrik enerjisi qarşılığında qaz" iqtisadi formulasının tətbiqindən gedir.

Paşinyan qeyd edib ki, İranın ali rəhbərliyi ilə görüşlərdə Meqri su anbarı və hidroelektrik stansiyasının tikilməsi layıhəsinə qayıtmaqı təklif edirdi. O qeyd edib ki, layihənin həyata keçirilməsi təkcə birgə enerji idarəçiliyi baxımından deyil, həm də su qaynaqları baxımından son dərəcə əhəmiyyətlidir.

Baş nazir, həmçinin Araz çayının Ağarak mis-molibden zavodunun zənginləşdirmə zavodunun çirkab suları ilə çirklənməsi ilə bağlı problemin həll olunduğunu vurğulayıb.

XəbərTv.info

Digər xəbərlər

Təxribat təhlükəsi: Millimizin Lüksemburqda qaldığı otelin qarşısında polis postu quruldu
Həbs olunan icra başçısının “uğur hekayəsi” – PA-dan gələn qonaqlara özü qulluq edirdi...
Daha bir erməni hərbçisi əsir götürüldü
“Bakı Marafonu”nun qalibi uqandalı oldu - Maraqlı anlar fotolarda
Müdafiə naziri ehtimal olunan erməni təxribatlarının qarşısının alınması üçün göstəriş verdi
Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur - ATƏT PA-nın vitse-prezidenti
Gəncədə axtarış-xilasetmə əməliyyatı davam edir
Dünyanı mat qoyan kadrlar – VİDEO
Vətən Müharibəsinin ilk qadın şəhidinin anası: “Dedi, mənə bir şey olsa, uşaqlarım sənə əmanət” - VİDEO
Kürdəmirdə ilanlar evlərə dolub - VİDEO
Moskvada Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin müavinlərinin görüşü olub
9 min test, 1759 yoluxma, 24 ölüm...
Dünən minaya düşən Bəxtiyar Talışa getdiyi üçün iki dəfə cərimələnibmiş
Erkən böyüməyə məcburiyyət, ya şəxsi istək? - ACINACAQLI MƏNZƏRƏ
Yuxarı siniflərdə və universitetlərdə dərslər başladı
Rasim Məmmədovun vəkilindən açıqlama
Cəbrayılın Sarıcalı kəndindən görüntülər - VİDEO
Azərbaycanda tanınmış marketlər şəbəkəsi məhkəməyə verildi
Erməni təxribatı davam edir: Daha bir mülki vətəndaş həlak oldu - Yaralıların sayı artır
Cəlilabadda ağır avtomobil qəzası: Ölənlər var
Hərbi vəziyyət aradan qaldırılacaqmı? - AÇIQLAMA
“Onların qisası alınacaq, qanları yerdə qalmayacaq!” - Ali Baş Komandan
Türkiyədə zəlzələ baş verdi
Azərbaycan yanvarın 18-də vaksinasiyaya başlayır - FOTO
Deputatlığa namizədlərin qeydə alınması prosesi nə zaman bitəcək?
Ermənilərin atəşə tutması nəticəsində Göygöldə başlamış yanğın söndürüldü
Hacı Qalib məhkəmədə də SAXTAKARLIQ ETDİ
Dünyanın ən bahalı qoyunu hərracda fantastik qiymətə satıldı
Heydərovlara bağlı  şirkətlərin vergi borcları - SİYAHI
Rövnəq Abdullayev mötəbər qurumun İcraiyyə Komitəsinə üzv seçildi
{sape_links}{sape_article}