Son dəqiqə
19-07-2021, 10:37
2461

Müdafiə naziri ehtimal olunan erməni təxribatlarının qarşısının alınması üçün göstəriş verdi

Müdafiə naziri ehtimal olunan erməni təxribatlarının qarşısının alınması üçün göstəriş verdi

İyulun 19-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi "Artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq” fikirlərini müşavirə iştirakçılarına çatdıran müdafiə naziri şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinin vacibliyini qeyd edib. Nazir döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsini tapşırıb.

Azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədindəki son vəziyyəti təhlil edən müdafiə naziri gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.

Mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan general-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

XəbərTv.info

Digər xəbərlər

Həbs olunmuş baş redaktor ona `TORBA TİKİLDİYİNİ` BƏYAN ETDİ - Görün, kimlərin adını ÇƏKDİ...
Müdafiə və milli təhlükəsizliyə ayrılacaq vəsait açıqlandı
Araik Bakının casusudur? –
Əmrə tabe olmayan sərhəd pozucularına atəş açıldı: Saxlanılanlar var
Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb
ŞAD XƏBƏR! Rayonlararası gediş-gəliş AÇILIR
Azərin: “Ərdoğan mənə demişdi ki, Azərbaycan bayrağını Qarabağdan asacağıq” -
31 maydan metroda gediş haqqı 97 qəpik olacaq?
“Azəriqaz” rəhbərindən yenilik - VİDEO
Abşeronda 18 yaşlı gənc qonşusunu boğaraq öldürüb
Donald Gerye “Qarabağ”dan ayrıldı
İranla sərhəd xətti minalardan təmizlənir
Ombudsman 82 min manata avtomobil aldı
Vilayət Eyvazov Samir Məcidovu vəzifəsindən azad etdi
Bakıda DƏHŞƏTLİ HADİSƏ: polis şöbədə arvadını öldürdü
Süleymaninin öldürülməsi: MKİ-nin xüsusi əməliyyatının şok təfərrüatları
DİN və DSX İmişlidə XÜSUSİ ƏMƏLİYYAT KEÇİRDİ -
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir
Kasıb da itinin adını Gümüş qoyur... - Keçmiş "Narxoz"da dəyişən təkcə adıdır...
Balaş Qasımovun komandası "Nə? Harada? Nə zaman?" oyununda qalib gəldi
Son 24 saatda Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək?
Xankəndi sakinlərinin 70 faizi şəhərdən qaçıb
Nadir Qafarzadə: "Bu gün hər kəs sandığını əsgərlərimiz üçün açmalıdır"
Xocalı soyqırımından 28 il ötür
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
“Yelo” bank şəhid qardaşını intihara çatdırdı, damarlarını doğradı - FOTO - VİDEO
“Qurd Qapısı”nda VƏHŞİLİK...
{sape_links}{sape_article}