Son dəqiqə
25-02-2021, 09:16
4 426

Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur - ATƏT PA-nın vitse-prezidenti

Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur - ATƏT PA-nın vitse-prezidenti


ATƏT Parlament Assambleyasının (ATƏT PA) fevralın 24-də keçirilən Daimi Komitə iclası zamanı erməni parlamentarilərinin əsir və girovlarla bağlı təxribat cəhdinin qarşısı alınıb.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev ötən ilin noyabr ayında Azərbaycan ərazilərində saxlanılan 62 erməni terrorçusunu hərbi əsir kimi təqdim etməyə cəhd edən Ermənistan nümayəndə heyəti üzvlərinin iddialarına cavab verib: “İlk olaraq erməni həmkarlarıma bir sual ünvanlamaq istərdim: siz əbədi sülhün, yoxsa əbədi müharibənin tərəfindəsiniz? Biz, öz növbəmizdə sülhün tərəfdarlarıyıq.

Qeyd edim ki, ümumilikdə, Azərbaycan bu günədək 71 hərbi əsir və məhbusu və 1300-dən çox erməni hərbi qulluqçusunun cəsədlərini Ermənistana qaytarıb.

Eyni zamanda, Ermənistan və onun təsiri altındakı bəzi korrupsiya içində batmış dairələr, antiterror əməliyyatları zamanı saxlanılan 62 erməni vətəndaşını hərbi əsir kimi göstərməyə çalışaraq onların da 10 noyabr tarixli üçtərəfli Bəyanatın 8-ci bəndinə əsasən qaytarılmasına nail olmaq üçün həqiqətə uyğun olmayan məlumatlar yayırlar.

Əslində nə baş verdi?

Həmkarlarıma və bütün Assambleyaya bildirmək istəyirəm ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin adıçəkilən 62 üzvdən ibarət təxribat qrupu Azərbaycan Respublikasının azad edilmiş ərazilərində bu yaxınlarda aparılan antiterror əməliyyatları nəticəsində saxlanılıb.

İlkin dindirmə əsasında məlum olub ki, qrup üzvlərinin hamısı Ermənistan vətəndaşlarıdır (əsasən Şirak vilayətindən). Bu qrup üçtərəfli Bəyanat imzalandıqdan sonra, 26 noyabr 2020-ci ildə Azərbaycan Ordusu və dinc əhaliyə qarşı terror fəaliyyətini təşkil etmək məqsədilə Azərbaycanın azad edilmiş ərazilərində qanunsuz olaraq yerləşdirilib.

İşğaldan azad edilmiş ərazilərdə təxribat qrupu tərəfindən həyata keçirilən bir sıra terror hücumları nəticəsində 4 azərbaycanlı hərbçi şəhid olmuş və 1 mülki şəxs ağır yaralanmışdır. Hazırda təxribat qrupunun bütün üzvləri Azərbaycan ərazisində cinayət əməlləri törətdiklərinə görə Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən istintaq prosedurlarına cəlb olunublar.

Buna görə də bu şəxslər buraxılmaq hüququna malik deyillər.

Üçtərəfli Bəyanat imzalandıqdan sonra təxribat qrupunun Azərbaycan ərazisində yerləşdirilməsi, Ermənistanın bütün hərbi fəaliyyətlərini dayandırmaq və silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarılması barədə Bəyanatda yer alan öhdəliklərini kobud şəkildə pozur. Bu, Ermənistanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və güc tətbiq etməkdən çəkinməyə dair öhdəliklərinin açıq şəkildə pozulmasıdır”.

XeberTv.info

Digər xəbərlər

Həbs olunmuş baş redaktor ona `TORBA TİKİLDİYİNİ` BƏYAN ETDİ - Görün, kimlərin adını ÇƏKDİ...
Müdafiə və milli təhlükəsizliyə ayrılacaq vəsait açıqlandı
Araik Bakının casusudur? –
Əmrə tabe olmayan sərhəd pozucularına atəş açıldı: Saxlanılanlar var
Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb
ŞAD XƏBƏR! Rayonlararası gediş-gəliş AÇILIR
Azərin: “Ərdoğan mənə demişdi ki, Azərbaycan bayrağını Qarabağdan asacağıq” -
31 maydan metroda gediş haqqı 97 qəpik olacaq?
“Azəriqaz” rəhbərindən yenilik - VİDEO
Abşeronda 18 yaşlı gənc qonşusunu boğaraq öldürüb
Donald Gerye “Qarabağ”dan ayrıldı
İranla sərhəd xətti minalardan təmizlənir
Ombudsman 82 min manata avtomobil aldı
Vilayət Eyvazov Samir Məcidovu vəzifəsindən azad etdi
Bakıda DƏHŞƏTLİ HADİSƏ: polis şöbədə arvadını öldürdü
Süleymaninin öldürülməsi: MKİ-nin xüsusi əməliyyatının şok təfərrüatları
DİN və DSX İmişlidə XÜSUSİ ƏMƏLİYYAT KEÇİRDİ -
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir
Kasıb da itinin adını Gümüş qoyur... - Keçmiş "Narxoz"da dəyişən təkcə adıdır...
Balaş Qasımovun komandası "Nə? Harada? Nə zaman?" oyununda qalib gəldi
Son 24 saatda Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək?
Xankəndi sakinlərinin 70 faizi şəhərdən qaçıb
Nadir Qafarzadə: "Bu gün hər kəs sandığını əsgərlərimiz üçün açmalıdır"
Xocalı soyqırımından 28 il ötür
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
“Yelo” bank şəhid qardaşını intihara çatdırdı, damarlarını doğradı - FOTO - VİDEO
“Qurd Qapısı”nda VƏHŞİLİK...
{sape_links}{sape_article}