Son dəqiqə
16-06-2023, 10:50
303

Saxta hüquqşünas yenə “iş başındadır”

Saxta hüquqşünas yenə “iş başındadır”
Özünü hüquqşünas kimi təqdim edən və hətta Vəkillər Kollegiyasının adından istifadə edərək guya Kollegiyanın üzvü olması barədə yalan məlumatlar yayan Panaliyeva Səbiyyə İlham qızı yenidən “iş başındadır”. Bundan əvvəl də dəfələrlə insanların etibarından sui-istifadəyə edərək onları aldadan, pullarını mənimsəyən, qanunsuz əməlləri ifşa olunanda isə şantaj yolunu seçən Panaliyeva Səbiyyə İlham qızı bu dəfə də Mirzəyəva Şükufə Elxan qızını hədəfə alıb. Belə ki, o, Mirzəyeva Şükufənin güya ona borcu olması barədə yalan məlumatlar uydurub, bu məlumatlar işə yaramadıqda isə şantaj yolunu seçərək asan yolla pul qazanmaq həvəsinə düşüb.

Saxta hüquqşünasın şantajına məruz qalan Mirzəyəva Şükufə bildirib ki, qarşı tərəf ortaq tanışları olan Fəridə adlı qadını aldadaraq pulunu mənimsəməyə cəhd göstərib, lakin o, buna imkan verməyib. Belə olan təqdirdə Panaliyeva Səbiyyə İlham qızı bu dəfə onun özünü hədəfə alıb və şantaja, hədə- qorxuya başlayıb: “Panaliyeva Səbiyyə ortaq tanışımız olan Fəridə adlı qadından müxtəlif bəhanələ pul alırdı. Hətta guya pulu polis idarəsinə rüşvət verdiyini iddia edirdi. Mən bu barədə xəbər tutanda, Fəridəyə ona daha pul verməməsini dedim. Bundan sonra Panaliyeva Səbiyyə mənimlə də çəkişməyə başladı, Fəridədən daha pul ala bilmədiyinə görə mənim ona borclu olduğumu uydurdu, insanları mənim üzərimə qalıracağını dedi, hədə-qorxu gəlməyə başladı. Halbuki mənim heç bir qanunsuz əməlim olmayıb, sadəcə Panaliyeva Səbiyyə İlham qızının insanları aldadaraq pullarını mənimsəməsinə imkan verməmişəm. Buna görə indi də məni hədəfə alıb və qanunzidd hərəkətlərlə mənim barəmdə yalan məlumatlar yaydırır. Bu məlumatı yayan şəxslər də qanun qarşısında məsuliyyət daşıyırlar, çünki qarşı tərəf olaraq mənim mövqeyim öyrənilməyib. Bir daha vurğulayıram ki, barəmdə saxta hüquqşünas Panaliyeva Səbiyyə İlham qızının yazdırdığı, yaydığı bütün məlumatlar yalandır, qərəzlidir və onu qanun qarşısında məsuliyyətdən azad etmir. Rastlaşdığım vəziyyətlə bağlı Panaliyeva Səbiyyə İlham qızından şikayətçiyəm və bu saxta hüquqşünasın qanunsuz əməllərinə son qoyulacağına inanıram”.

Xatırladaq ki, saxta hüquqşünasın hədəfə aldığı Mirzəyəva Şükufə Elxan qızı onun kimliyini araşdırmaq üçün Vəkillər Kollegiyası ilə əlaqə saxladıqda əsl həqiqət üzə çıxıb.

Məlum olub ki, bu, Panaliyeva Səbiyyə İlham qızının ilk belə əməli deyil. Bundan əvvəl də dəfələrlə müxtəlif yollarla insanları aldadaraq pullarını mənimsəyən saxta hüquqşünas özü barədə hüquq-mühafizə orqanlarına şikayətlərin daxil olmasının qarşısını da məhz hədə-qorxu, şantaj yolu ilə alıb.
Panaliyeva Səbiyyə İlham qızı barədə Vəkillər Kollegiyasına müxtəlif zamanlarda çox sayda şikayət daxil olub və şikayətlərin ardı-arası kəsilmədiyi üçün Vəkillər Kollegiyası özünü “hüquqşünas”, “vəkil” kimi təqdim edən bu qadın barədə əlaqədar dövlət qurumlarına müraciət edib. Şikayətçilərdən daxil olan məlumatlar toplanaraq həmin qurumlara təqdim edilib. Ümid edirik ki, yaxın zamanda Panaliyeva Səbiyyə İlham qızı barəsində qanun çərçivəsində bütün lazımi tədbirlər görüləcək.

Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında

Mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır.
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Cinayət qanunvericiliyi də mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə olunmasını nəzərdə tutur.

Mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri dələduzluqdur.
Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmişdir ki, bu kateqoriyadan olan cinayət işlərinə məhkəmələr tərəfindən baxılarkən qanunvericiliyin tələblərinə əsasən riayət edilir.

Bununla yanaşı, bir sıra hallarda həm ibtidai araşdırma orqanları, həm də məhkəmələr tərəfindən işin bütün faktiki hallarının araşdırılmasına lazımi diqqət yetirilmir, cinayətin bütün iştirakçılarının məsuliyyətə cəlb edilmələri, faktiki rüşvətxorluq cinayətinin törədilməsində vasitəçi qismində iştirak etmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi, təqsirləndirilən şəxslər barəsində cəza tədbirinin seçilməsi, cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi məqsədilə verilmiş mülki iddiaların həlli məsələlərində səhvlərə yol verilir, həmçinin mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisələr dələduzluq kimi qiymətləndirilərək əsassız və qanunsuz ittiham hökmləri çıxarılır..(satira.info)

XəbərTv.info

Digər xəbərlər

Həsən Ruhani Şərqi Azərbaycana səfər edəcək
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Xaçmazda narkotikə görə üç nəfər saxlanılıb
İlham Əliyev: “İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik”
Medianın İnkişafı Agentliyində görüş keçirilib - Fotolar
Son sutkada 45 nəfər koronavirusdan öldü
Bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib
COVID-19 testlərinin maya dəyəri 40 manatdır
Məhkəmə sistemimizə göydən zənbillə düşən Vidadi Cəfərov
Bu gün akademik Arif Paşayevin doğum günüdür
Çavuşoğlu yenidən Bakıya gəldi
Bakıda kafenin qarşısında qadını amansızlıqla öldürən şəxs tutuldu
Müdafiə Nazirliyi daha bir erməni yalanını ifşa etdi
Fransada silahlı hücum olub, 3 jandarm öldürülüb, 1-i yaralanıb
Nazirdən Mirqafar Seyidovun yerinə təyinat
İlham Əliyev Ərdoğanı təbrik etdi
Ermənilərin polkovniki ağır yaralandı, polkovnik-leytenantı isə məhv edildi
Cənab Prezident, Mingəçevirdə seçki saxtalaşdırılıb! - 7 NAMİZƏDİN MÜRACİƏTİ
İşğaldan azad edilmiş ərazilərdə xristian abidələri istifadəyə veriləcək
ABŞ alimlərindən ŞOK: İnsan öləndən sonra…
Ramzan Kadırov 21 yaşlı qızını nazir müavini təyin etdi
“Qarabağ” və “Neftçi”nin yeni liqada qruplara düşmək üçün son şansı
Paşinyan Medvedevlə görüşəcək
Sərnişin daşıyan koronavirus xəstəsi haqda cinayət işi başlandı
Bakıda hipermarketə basqınla bağlı həbs edilənlərin sayı artıb: Məhkəmə başlayır -
İtaliyada vulkan püskürdü - Video
Bakı metrosunda oğlan qıza TƏCAVÜZ ETDİ - Qızın ürəyi getdi
Yenidən Qazaxıstanın Baş naziri təyin olundu
Azərbaycan ən çox hansı ölkələrə məhsul satıb? - FOTO
Sabahdan bu şəxslərin vaksinasiyasına başlanılır
{sape_links}{sape_article}