Son dəqiqə
23-06-2023, 17:21
203

Naxçıvanda qazilrin imtiyazları ləşv edilir? - Avtomobilləri əllərindən alınır....

Naxçıvanda qazilrin imtiyazları ləşv edilir? -
Naxçıvanda əlilliyi təsdiq olunmuş bir qrup qazi yenidən həkim komissiyasından keçirildikdən sonra, onlar üçün nəzərdə tutulan bir sıra imtiyazlar ləğv olunub. Bura əsasən döyüşdə əlini, gözünü itirmiş, ağır yaralanmış qazilərin avtomobillə təmin olunmaları haqda verilən qərarların ləğvi daxildir.

XəbərTv.info bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup qazi məlumat verib. Onların sözlərinə görə, artıq avtomobillə təmin olunmuş bu kateqoriyadan olan qazilərə isə, avtomobilləri geri qaytarmaları ilə bağlı xəbərdarlıq olunub. Yeni qaydaya əsasən, yalnız ayağını itirmiş qazilər avtomobil almaq hüququna malikdirlər.
Qazilər bildirir ki, bununla bağlı tapşırığı Naxçıvanın yeni ƏƏSM nazri Ceyhun Cəlilov verib:
„Döyüşdə hər hansı əzasını itirmiş naxçıvanlı qazilərin hamısının əllillik sənədinə „Avtomobillə təmin olunmalıdır“ qeydi yazılıb. Bu haqda göstərişi o vaxt Vasif Talıbov vermişdi. Hər əlamətdar gündə onların bir neçəsi növbə ilə avtomobil alırdı. Yeni nazir gələndən, bu qaydalar dəyişdirildi. İyunun 15-i qazilərin hamısını yenidən komissiyadan keçirib, bu imtiyazları ləğv etdilər. Yeni qaydaya əsasən, yalnız ayağını itirənlər avtomobillə təmin olunacaqlar. Bu kriteriyaya cavab verməyən qazilərin imtiyazı geri alınıb. Avtomobillə təmin olunmuş qazilərə isə xəbərdarlıq olunub ki, onlara verilən avtomobillər məhkəmə yolu ilə geri alınacaq“.
Naxçıvanlı qazilər prezident İlham Əliyevə müraciət edərək, ləğv olunan imtiyazlarının geri qaytarılmasını xahiş edirlər:
„Biz cənab prezidentin əmri ilə canla-başla döyüşüb, əlimizi, gözümüzü, sağlamlığımızı itirmişik. Bu cür qazilərə indi bir avtomobili çox görürlər. Əgər, bizə avtomobil düşmürdüsə, niyə o qərarı vermişdilər? Naxçıvanda hakimiyyət dəyişəndə ümid edirdik ki, qazilərin şəraiti daha da yaxşılaşdırılacaq. Ancaq, tam əksinə oldu. İndi, bizə veriləni də əlimizdən alırlar. Cənab prezidentdən xahiş edirik ki, imtiyazlarımızın geri qaytarılmasında bizə gömək etsin“.
Ceyhun Cəlilov bu ilin mart ayında Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi nazri vəzifəsinə təyin olunub. O, işə başlayanda ilk açıqlamasıda bildirmişdi ki, Naxçıvanda şəhid ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması onun üçün prioritet məsələ olacaq.

Digər xəbərlər

Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
Prezident: “Guya Şuşa bizə elə-belə verilib"
Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Rayonlara gediş-gəlişdə qiymət artımı 50 faizi ötüb - VİDEO
Jurnalist Seymur Kazımov: "Təcili yardım gəlmədi... Və atam öldü"
Bulvarda intihar
DİN-dən XİN-ə: Xələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi oldu - DOSYE
"Qarabağ" artıq Sevilyadadir
Karantin rejimini pozanlar Bakıda həbs edildilər - Fotolar
Azərbaycanda "Analar Günü" təsis oluna bilər - EKSKLÜZİV
Prezident FHN əməkdaşlarını təltif etdi
Türkiyə Suriyanı hədələyir.
Diqqət: Bu gün saat 11:00-dan etibarən...
Ermənistan müharibədə itirdiyi polislərin sayını açıqladı
AZAL-da TƏFTİŞ: Cahangirin SONU ÇATIR?
Ramiz Mehdiyev seçkidə də uduzdu
“Disney” filmlərinin Rusiyada nümayişini qadağan etdi
Bakıda daha 3 məktəb koronavirusa görə distant tədrisə keçib
Bakıda gənc qız özünü hamamdan asdı
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi
DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Rusiya bütün gəmilərini cəmləşdirib, dənizdən hücuma hazırlaşır
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Messidən rekord, Vidaldan ardıcıl 8-ci çempionluq
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
“AAAF Park”da OĞURLUQ
Rus hərbçilərdən erməni sürücülərə XƏBƏRDARLIQ – Azərbaycan əsgərləri sizi saxlasa… - FOTO
Səudiyyəyə dəhşətli hücum: neft obyektləri vuruldu
Bu gün “Qarabağ” tarixi matça çıxır
{sape_links}{sape_article}