Son dəqiqə
20-07-2023, 15:29
206

Həbsdə saxlanılan jurnalist Milli Mətbuat Günü ərəfəsi NƏLƏRİ YAZDI... - "...bu gün dustaqlar"...bu gün dustaqlarda yeni bir ümid yaranıb"da yeni bir ümid yaranıb"

Həbsdə saxlanılan jurnalist Milli Mətbuat Günü ərəfəsi NƏLƏRİ YAZDI... -
Son zamanlar ölkəmizdə bir cox sahələrdə baş verən kadr islahatları. Ədliyyə Nazirliyinin Penitensiyar xidmətində öz aquşuna aldı .Axırki,… 10 iyul 2023 -cü il tarixli prezident serancamı ilə Ədliyyə Nazirinin müavini və eyni zamanda Penitensiar Xidmətin sabiq rəisi General leytenant Ceyhun Həsənovun vəzifədən azad edilərək Mirsaleh Seyidovla əvəz edilməsi ölkədə olduğu kimi -dustaqlarla da “nonses” effekti yaradıb.

Çünki Penitensiar Xidməti Napoleon Bonapart kimi idare eden Ceyhun Həsənov erası-onun rəis olduğu dönəmdə məhbəs həyatı keçirəm dustaqların yaddaşından uzun illər silinməyəcək desem yanılmaram. Ümumiyyətlə ölənlərin arxasınca danışmamaq xasiyyətimi elə vəzifədən çıxarılanlarada şamil etdiyimdən bu yazımda bacardıqca C.Həsənovun dönəmində baş veren qanun pozuntularına yer verməyəcəyəm.

Çünki Ölkə ictimaiyyətinin əksəriyyəti türmələrdəki, rüşvət, qiymət bahaçılıqı və.s. Çatışmamazlıqlarla bağlı xəbərləri dönə dönə oxuyub və eşidib indi isə adamın inanmağı gəkmirki... Bu arada yadıma 1649 -cu ildə Böyük Britaniya kralı Karla ölüm hökmünü imzalayanlardan olan Oliver Kramvelin məhşur cıxışı düşdü... ”Coxdan sizi buradan kənarlaşdırmaq lazim idi.. Xalq yaramaz hərəkətlərinizə daha dözmür! İnsanlar sizi onların həyatını yüngüləşdirəsiniz deyə, özlərinə vəkil deyə buraya seçdilər, amma siz o bədbəxtlərin dərdini daha da ağırlaşdırdınız!

Sıtatın sonu

Düzünü deyim ki, prezident cənab İlham Əliyevin nə qədər hümanist-addımları olsada islahatları zamanı onun olduqca qəti və ədaletlu qərarlarının Şahidi oluruq. Prezident ən yaxın çevresində olanların, saxtakarlığını və banapartizim xəstəliyinə mübtəda olduqlarını isə həmişə vaztınsa bilib və oblara tarixin arxivlərində “yer” verib.

Fərhad Əliyev, Səlim Müslümov, Eldar Mahmudov, Vasif Talıbov kimi, bu xəstəlikdən “əziyyət” çəkənlərin siyahısına daha biri Ceyhun Həsənovun əlavə edilməsi elə mənim dediklərimin sübutu sayıla bilər. Ölkəmizdə isə yeni dünya idarə etmə sistemi olan “Oksford” Kembric” fəfəkkürü kadrlara yer verilməsi artıq ənənə halına çevrilməkdədir.

Buradanda aydın olur ki yaxın gələcəkdə “qudalar” yerlilər” bacıoğlular” sistemi tamamilə yoxa cıxacaq və kadrlara aydın təfəkkür savad,modernizim, idarəetmədə şəffavlıq meyarlarına görə yer veriləcək. Pentensiar Xismətdə baş veren kadr deyişikliyində, yəni idarəetmə meyarı əsasında baş verib desəm yanılmaram.

Yəqinki coxlarınızda bir sual yaranacaq?

Azı Penitensiar Xidmətin yeni rəisi Mirsaleh Seyidovlda bu sistemin adamı deyil?

Axı o bu vəzifəyə qədər PX-in Baş Əməliyyəat idarəsinin rəisi olmayıb?

Bəli olub və özüdə bu sistemin əsas fiqurlarınsan sayılıb. Onun PX- dəki nüfuzu təkcə xidmətin rəisi nümayendələri tərəfindən deyil elə dustaqlar tərəfindəndə qiymətləndirilib. Səbəbi isə sadədir. Daha doğrusu M.Seyidov xidmət rəisi postuna gələnə qədər-heç bir dustaq C.Həsənova nə bir müraciət edə bilərdi, nə bir sikayət yaza bilərdi. Bütün duataqların xidmət rəisi nə yazdığı şikayətlər cəza çəkmə müəssələrinin zibil qutularından olsa-olsa Balaxanı zibiliyinə çatdırıla bilərdi.

Ordansa dustağın ümüdü qalırdı .M. Seyidovun ayda bir dəfə Cəza Cəkmə Müəssəsinə gələcək qəbullar keçirməsinə burada Martin Lüter Kingin məhşur sitatını yazmasam olmaz. “Mənim bir arzum var“ Bax bu qəbullardada dustaq öz arzusunu, xahişini, pozulan hüquqlarını M.Seyidova çatdırar, əvəzində onu səbirlə dinləyən ,şikayət və müraciyyətlərə yerindəcə reaksiya verən əsl dövlət adamına inam və etibarları artardı.

M.Seyidobun hər bir dustağa fərdi yanaşma tərzi və professional münasibəti isə onun peşəkarlığığndan irəli gəlir. Girdiyi hər kameraya pul və siqaret hədiyyə etməsi isə başqa bir mövzunun yazısıdır. Son zamanlarsa isə Penitensiar Xidmətin bir cox sferalarında baş verən qanun pozuntularının ictimai xarakter olması onu göstərdi ki, Dövlət başçısı cənab Prezident İlham Əliyev ictimai rəyə böyük dəyər verir və idarəetmə siyasətində Azərbaycan vətandaşını narahat edən məsələlərə anındaca reaksiya vermək qüdrətindədir.

Və bu narazılıqlara son qoyulması üçün Penitensiar sistemi daha mükəmməl bilən peşəkarı M.Seyidovu bu vəzifəyə görəvləndirdi Axır ki… Ona görə axır ki, vəzifəyə 10 iyulda təyin olunan M. Seyidovun əmri ilə Cəza Çəkmə Müəssələrinə PX-in generalları gəlir və dustaqları qəbul ederək (az qismini olsada) dinləndiklərilərinin şahidinə çevrilməkdəyik.

Elə gələn Generallarda bu və ya digər formada dustaqlarla bildiribler ki, axır ki Penitensiar xidmətin idarə olunmasında Bonapartizimə son qoyuıub.Bütün mürCiət, şikayət və təkliflərə baxılacaq, hətta CÇM- də Xismətin rəisi ilə birbaş video əlaqə tətbiq olunacaa .Təki elədə olsun... Martin Lüter Kingin məhşur “Mənim bir arzum var” nitqində hər şeyi arzuları ilə ölçdüyü kimi-Dustaqlarda ,”.Mənim bir ümudum var” Deyərək ümüd edirlər ki, amnistiya aktı olacaq ,prezident Əhv imzalayacaq və qanunlarda təmizlənmə olacaq.

Amma bu gün dustaqlarda yeni bir ümid yaranıb. O ümüd ki, Px-də qanunsuzluqlar ,hərc -mərcliklər, Diskriminasiyalar olmayacaq neqatib hallar tarixin zibilliyinə gömüləcək.

P.S. Vasif Talıbov erası sona catanda-həmkarım hazırda mənim kimi dustaq həyatı keçirən Mahir Xəttaba demişdim ki;, -Ölkəmizdə Napaleon Bonapartizim xəstəliyinə tutulanların erasına son qoyulacaq... İnanmırdınn... İndi gördün Mahir?

Sənan Həsənoğlu

(AZƏRBAYCANREALLIĞI.COM)


XəbərTv.info

Digər xəbərlər

Həyat yoldaşı və qızı Kürdə batan qadın danışdı - VİDEO
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Məşhur generalın qudası həbs edildi
Bakıda Çanaqqala restoranında karantin rejimi belə pozuldu - VİDEO
Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı
Ön cəbhədə döyüşən əsgərin xəyalını gərçəkləşdirən iş adamı onunla görüşdü - FOTO
Azərbaycanda COVİD-19-a bu gün yoluxmuş şəxslərin sayı açıqlandı
Millimiz növbəti matçını Xorvatiyada keçirəcək
"Bu da Sahil Babayevin camaata verdiyi zülüm..." -  VIDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı həftələrdə Azərbaycana səfər edəcək.
Şuşanın UNESCO-nun siyahısına salınması ilə bağlı işlər görülür
Şuşada düşmənin dərsini verən müəllimimiz
ABŞ altıncı nəsil qırıcı təyyarəsini nümayiş etdirdi
Siqaret çəkməyənlər niyə ağ ciyər xərçənginə tutulur?
Dərmanların qiymətlərində fərqi kim yaradır? - NARAZILIQ...
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Şuşada “İsgəndər-M”in qalıqlarının tapılması dünya mediasında
Düşmənin hərbi avtomobil korteji məhv edilib - VİDEO
Maradonanın ölüm səbəbi məlum oldu
Cəbhə xəttində erməni təxribatı davam edir
“Netflix” ilk dəfə Azərbaycanda film çəkdi - FOTO
Ermənistan atəşkəsin birinci günü 5 rayona 229 mərmi atıb
İraq məhkəməsi Süleymaninin qətli ilə bağlı Donald Trampın həbsinə qərar verdi
Bazar gününün hava proqnozu açıqlandı
Milli Məclisin İntizam komissiyasında Cavanşir Feyziyevin məsələsinə baxıla bilər
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Polşada yaşayan soydaşımızı ermənilər qətlə yetirib?
Teymur Rəcəbov Aronyanla heç-heçə oynadı
II Qaregin: “Ermənilərin ruhu sarsılıb”
Polşa Belarusla sərhəddə hasar çəkir
{sape_links}{sape_article}