Son dəqiqə
27-07-2023, 10:32
212

BNA-da aparılan yoxlamalarda FETÖ İZİ: - Vüsal Kərimlinin gülənçilərlə bağlılığı araşdırılır? - FOTO

BNA-da aparılan yoxlamalarda FETÖ İZİ: - Vüsal Kərimlinin gülənçilərlə bağlılığı araşdırılır? -
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı Nəqliyyat Agentliyində (BNA) apardığı yoxlamalar FETÖ faktorunu yenidən diqqət mərkəzinə gətirib.

XəbərTv.info bildirir ki, Yenicag.az-a daxil olan məlumata əsasən, BNA-da yoxlamaların aparılması və qurumun bir neçə məsul şəxsinin saxlanılmasından sonra növbənin agentliyin rəhbəri Vüsal Kərimliyə çatacağı bildirilir.

Qeyd olunur ki, BNA-nın fəaliyyətində ciddi nöqsanların olması və bu qurumdan vətəndaş şikayətlərinin ardı-arasının kəsilməməsi ilə yanaşı, yoxlamaları aktuallaşdıran başqa ciddi amil də mövcuddur. Söhbət FETÖ terror şəbəkəsinin BNA-da ciddi dayaqlarının olmasna dair şübhələrdən gedir.

Daha konkret ifadə olunsa, BNA İdarə Heyətinin sədri Vüsal Kərimlinin FETÖ ilə əlaqələrinin mövcudluğu haqda zaman-zaman media vasitəsilə ictimailəşən məlumatların Agentlikdə belə bir yoxlamanı şərtləndirməsi qətiyyən istisna edilmir.

Digər tərəfdən, vaxtilə Türkiyə mətbuatında da Vüsal Kərimlinin FETÖ ilə bağlılığı haqda xəbərlər yayımlanıb. Vaxtilə “Yeni Akit” qəzetində dərc olunan materialda terrorçubaşı Fətullah Gülənə bağlı Lənkəran Türk Kollecinin məzunu olan Kərimlinin şəbəkə ilə sıx əlaqələrindən bəhs edilmişdi.

“Yeni Akit”də yazılanlara görə, Vüsal Kərimli FETÖ və şəbəkənin “imam”ları ilə bağlı aktiv paylaşımlar etdiyi “Facebook” hesabını 2014-cü ildə bağlayıb. Bildirilir ki, təhsil dönəmində gülənçilərin himayəsində olan Kərimli şəbəkəyə sədaqətini isbatladığı üçün FETÖ-nün güvənli fiqurlarından birinə çevrilib.

O baxımdan, Azərbaycanda son günlər FETÖ əleyhinə əməliyyatların keçirildiyini nəzərə alsaq, BNA-da aparılan yoxlamalarda “FETÖ istiqaməti”nin olduğunu ehtimal etmək mümkündür.


Digər xəbərlər

“UEFA Trampa bənzəyir” - “Ayaks” rəsmisi
Bakıda icbari tibbi sığorta niyə işləmir?
Ermənilər Şurnuxunu da yandırırlar
Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparıb
Almaniya Kubokunda ilk Finalçılar bəlli oldu.
Qaradağda  dezinfeksiya işləri daim nəzarət  altındadır - Foto
DİN Mətanət İsgəndərlinin nəvəsinin döyülməsi ilə bağlı araşdırmaya başladı
"SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq"
Xəzər dənizində yeni neft yatağı kəşf edildi
Bacısını qayçı ilə vuran şəxs cəzalandırıldı
Cəlilabadda ölü at ətini mal əti adı altında satan şəxs saxlanılıb -
Nazir müavininin MİLYONLUQ OBYEKTLƏRİ VƏ BİZNES ŞƏBƏKƏSİ
Prezident Davosda: Qarabağla bağlı müzakirə... - Şərh
İşğaldan azad olunmuş Şuşa şəhərinin video görüntüləri
Yoluxanların sayı artmaqda davam edir
Şəhriyar Kasparova bu cür qalib gəldi – VİDEO
Bakının gözəlləşməsini istəməyənlər...
Zakir Həsənov: “Ermənistan 2020-ci il müharibəsindən nəticə çıxarmadı” -
Nobel mükafatçısı dünyasını dəyişdi
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovaya ağır İTTİHAMLA...
AVRO-2020-nin kuboku yerə düşüb, qırılmayıb
“Sədərək Yusif” həbs edilə bilər: - Üç maddə ilə cinayət işi açıldı
“Mənə qurşaqdan yuxarı çılpaq videosunu göndərmişdi” - Əli Həsənovla bağlı daha bir İDDİA
“Milan” “Atletiko”ya məğlub oldu
Bakıda falçı gözəllik salonunda elə hərəkət etdi ki…- ŞOK DETALLAR
Rusiyadan Ermənistana raket sistemləri daşınır
Sabah yağış yağacaq
Kəlbəcərə yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir
Deputat: "Parisdəki səfirimizi geri çağrılmalıyıq"
Baş Prokurorluq jurnalistin tutulması ilə bağlı açıqlama verdi
{sape_links}{sape_article}