Son dəqiqə
16-08-2023, 10:12
223

Taleh Qaraşovdan 700 minlik təmir

Taleh Qaraşovdan 700 minlik təmir
Lənkəran Şəhər İcra Hakimiyyəti şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda təmir işlərinə başlayır.

Qaynarinfo xəbər verir ki, qurumun bununla bağlı keçirdiyi tender başa çatıb. Tenderin qalibi "Mars Construction” MMC seçilib. İcra Hakimiyyəti təmir işlərinə görə şirkətə 699 284,57 AZN ödəyəcək.

"Mars Construction” MMC 10 avqust 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 37, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kamranov Kamran Bilal oğludur.

"Mars Construction” MMC təsis ediləndə adı "Mars-B” MMC olub. 20 oktyabr 2022-ci ildə şirkətin adı dəyişdirilib.

Kamran Kamranov 24 may 2023-cü il tarixdən şirkətin qanuni təmsilçisidir. Ona qədər şirkətin 4 qanuni təmsilçisi olub. Həmin şəxslər aşağıdakılardır:

Abbasov Ərşad Qniyaz oğlu
Məmmədov Elçin Əlizamin oğlu
Səmədov Elməddin Telman oğlu
Feyzullayev Anar Məzahim oğlu


Kamran Kamranov daxil bu şəxslərin heç bir haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir.

"Mars Construction” MMC də sirli şirkətdir. Barəsində heç bir məlumat yoxdur.

Bununla belə şirkət tenderlərdə fəal iştirak edir. 2023-cü ilin 8 ayı ərzində "Mars Construction” MMC 5 tenderin qalibi olub. Bura indi haqqında bəhs etdiyimiz müsabiqə də daxildir.

Lənkəran Şəhər İcra Hakimiyyəti ötən il Lənləranda abadlıq, quruculuq, yenidənqurma və təmir işləri ilə bağlı 4 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin toplam maliyyə dəyəri 1 392 643, 99 AZN-dir.

Beləliklə, ötən abadlıq və təmir işlərinə milyon yarıma yaxın vəsait xərclənsə də, icra hakimiyyəti bu il yenidən tender keçirməyə ehtiyac duyub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən Lənkərana rəhbərlik edir.

Taleh Qaraşovun icra başçısı kimi karyerası isə 1996-cı ildən başlayır. O, 1996-2002-ci illərdə Kürdəmirin, 2002-2006-cı illərdə Cəlilabadın, 2006-2011-ci illərdə Neftçalanın, 2011-2012-ci illərdə isə Astaranın icra başçısı olub.

XəbərTv.info

Digər xəbərlər

Birinci sinfə şagird qəbulunun vaxtı açıqlandı - QƏRAR
COVID-19: günün statistikası açıqlandı
Bu gündən dörd şəhər, bir rayonda məktəblər bağlandı
Anar Məmmədxansız keçən 8 il..
DİN-dən həyacan təbili: Narkotiki əvvəlcə pulsuz təklif edirlər, sonra...
Qobustanda zəlzələ olub
Mayın 17-dən sonra açılacaq məktəblər yenidən qapanmaya gedə bilər...
Naxçıvanda hərbiçilər: "Bizə mülki paltar geyindirib, tikintidə qul kimi işləməyə aparırlar."
Şimali Makedoniyada 60 yaşadək insanların “AstraZeneca” ilə peyvəndlənməsi qadağan edilib
İngiltərə San Marinonu darmadağın etdi-10:0+Video
Ermənistan ordusuna yararsız mərmi satan “silah baronu” həbs edildi
Eldar Mahmudova yaxın şirkət MƏHKƏMƏYƏ VERİLDİ
2 fevral Gənclər Günüdür!
Türkiyəyə yola düşən yanğınsöndürənlərimiz - VİDEO
Beynəlxalq turnirin ilk günündə 2 qızıl medal -
Nazir polis bölməsinin rəisi və 4 əməkdaşını işdən çıxardı
İpoteka krediti götürmək istəyənlərin nəzərinə: qanunvericiliyə dəyişiklik edilir
Baydeni dəstəkləyənlərin sayı azlmaqda davam edir
Eldar Əzizov yarım milyona zibil maşını alır - Sabiq nazirin şirkətindən!
Ermənistan əsgərlərimiz adından saxta yardım kampaniyası aparır - Xəbərdarlıq
Buralarda Azərbaycan qanunları işləmir?.. - İLGİNC İDDİALAR...
Gürcüstanda seçkilər keçirilir
Müdafiə Nazirliyi daha bir erməni yalanını ifşa etdi
Həbsdə olan sabiq nazir müavininin MƏHKƏMƏSİ BAŞLAYIB
Gənclikdəki tunel neçəyə başa gəlib?
Kürdəmir sakini intihar edib
Şəkidə kişi baldızını qətlə yetirdi
Dünya bazarında neftin qiyməti
Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı
Gəncədə müəllim qətlə yetirildi
{sape_links}{sape_article}