Son dəqiqə
3-04-2024, 11:58
78

FHN metroda təlim keçirib - Video

FHN metroda təlim keçirib - Video

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Əhmədli” stansiyasında taktiki-xüsusi təlim keçirilib.

Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Əhmədli” stansiyasında 50 saylı şaxtanın idarəetmə şkafında “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 42 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.



Xeber.info

Digər xəbərlər

Son sutkada vaksin olunanların sayı açıqlandı
Keçmiş deputat və qardaşı “Şah İsmayıl” adlı şirkət yaradıb (FOTOFAKT)
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edilib
Deputatlar Türkiyəyə səfər edəcəklər
Tərtərdə 25 yaşlı gənc intihar edib
Mirvari Gahramanli: Sevinc hissi ilə bildirirəm ki:...
Əyləncə məkanları açılır
"Zoom"da ciddi boşluq aşkarlanıb
Zaqatalada ildırım çaxdı, 70 abonent qazsız qaldı
Yevlaxda 24 yaşlı gənc qətlə yetirildi - Saxlanılan var
“Pokrovka Məhərrəm” kimi tanınan şəmkirli mafioz Azərbaycana deportasiya edildi
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
“Heç olmasa 2 həftəlik sərtləşmə olmalıdır”
Azərbaycan istehsalı olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı
“Qaçqınkom”: Məcburi köçkünlər arasında süni boşanmalar
Rauf Vəliyevin adı ŞOK QALMAQALDA... - Prezidentə müraciət olundu
Ərdoğanın izlənmə rekordları qıran görüntüləri - VİDEO
Ali məktəblərə qəbul qaydalarında dəyişiklik - Qərar
Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.
Azərbaycanda uçuşlarla bağlı qayda dəyişdirildi
Qurbanlının nəzir qutuları - Dövlət Komitəsi ilə bağlı MÜƏMMALAR -
Portuqaliyanın hazırkı dövlət başçısı prezident seçkilərində qələbə qazandı
Rusiyada azərbaycanlı vəkil başqasının mənzilini saxta yolla mənimsəməkdə ittiham edilir
Pərviz Müşərrəfə çıxarılan ölüm hökmü ləğv edildi
Azərbaycanda kollecdə  OLAY: Mühafizəçi 17 yaşlı qızla cinsi əlaqədə OLDU - HƏBS EDİLDİ
Polisin avtobus sürücüsünü döyməsi iddiasına - DİN-dən reaksiya
Ağstafanın yeni icra başçısı kimdir? - DOSYE
Metroda bu günə qədər heç bir şübhəli hal aşkarlanmayıb
İlham Əliyev Türkmənistan Prezidenti ilə videokonfrans keçirdi
Bu ölkələrdə koronavirusun yayılmadığı iddia olunur - SİYAHI
{sape_links}{sape_article}