Son dəqiqə
20-07-2024, 11:15
165

7-ci sinifdə nişanlanan Həsrətin qətli... - Oğlan məktəbə getməyə qoymayıb

7-ci sinifdə nişanlanan Həsrətin qətli... - Oğlan məktəbə getməyə qoymayıb





Abşeron rayonunun Hökməli qəsəbəsində 16 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, yeniyetmə Həsrət Rəcəbovanı qətlə yetirən 1996-cı il təvəllüdlü nişanlısı Murad Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsinə gəlincə, bu, 2022-ci ilin oktyabrında baş verib. Muradın cinayət törətməsinə səbəb isə, Həsrətin nişanı qaytarmaq istəyi olub.

Məlum olub ki, H.Rəcəbova 14 yaşında olarkən qohumu Muradla nişanlanıb. Bu təşəbbüs ailələrin olub. Şahid ifadələrinə görə, nişandan sonra qarşı tərəfin istəyi ilə 7-ci sinifdə oxuyan Həsrət təhsilini dayandırıb və bundan sonra məktəbə getməyib.

Məhkəmədə məlum olub ki, məktəbin təlim-tərbiyə işləri üzrə müavini Həsrətin nəyə görə məktəbə gəlməməsi ilə bağlı maraqlanıb. Yeniyetmənin anası isə cavab olaraq "Xahiş edirəm ki, qızım nişanlı olduğu üçün və nişanlısı məktəbə getməyi qadağan etdiyi üçün onun məktəbdən azad edilməsinə köməklik göstərəsiniz" məzmunlu ərizə yazıb. Bu ərizə əsasında da Həsrət məktəbdən xaric edilib.

Qızın anasının sözlərinə görə, Həsrətin nişanı qaytarmaq istəməsinin səbəbi Muradın onu çox sıxması olub. İfadəyə görə, nişanlısı Həsrətə hətta toya belə getməyə icazə verməyib:

"Həsrət Murad tərəfindən alınmış mobil telefondan və içində olan sim-kartdan istifadə edirdi. Hadisədən təxminən bir ay əvvəl Murad evə gəlib Həsrətdən ona verdiyi telefonu istədi, Həsrət də həmin telefonu gətirib onun qabağına atdı. Murad telefona başqa nömrə salıb ona qaytardı. Muraddan nə olduğunu soruşanda o, Həsrətə sinif yoldaşları və rəfiqələri ilə danışmağı qadağan etməsinə baxmayaraq, onun sözünə baxmadığına görə nömrəni dəyişdiyini dedi. Bu hadisədən sonra Həsrət onunla ailə qurmaq fikrindən döndü".

Növbəti günlərdə isə anası ev işləri görmədiyini iddia edərək telefonu Həsrətin əlindən alıb. Qarşı tərəf isə bunun səbəbini öyrənmək üçün onlara gedib. Bu zaman Həsrət bir daha Muradın valideynlərinə nişanı qaytarmaq istədiyini deyib.

Hadisədən bir gün sonra isə Murad Həsrətgilə gedərək həyətdə olan anasına qızıyla barışmaq üçün gəldiyini deyib və evə qalxıb. Bu zaman Murad nişanlısına 4 bıçaq zərbəsi yetirərək onu öldürüb.

Xebertv.info

Digər xəbərlər

Etirazçılar Ermənistan parlamentinin sədrini döydülər - FOTO
Sabah qeyri-iş günüdür? - AÇIQLAMA
Universitet yataqxanasında yanğın: 45 nəfər təxliyə edilib - YENİLƏNİB
Azərbaycanda daha 558 nəfər COVID-19-dan sağalıb, 396 nəfər yoluxub, 6 nəfər vəfat edib
Lənkaranda 17 yaşlı oğlan süni göldə batdı
Milli Məclisdə payız sessiyasının ilk iclası keçiriləcək. Deputatlar nəyi müzakirə edəcək?
Çavuşoğlu: "Qarabağa səfərlərə Rusiya sülhməramlıları deyil, Azərbaycan icazə verməlidir"
Lider TV bütün əməkdaşlarını işdən çıxardı
Müdafiə Nazirliyi hüququ olmadan hərbi forma geyinənlərlə bağlı məlumat yaydı
DİN karantin postlarındakı vəziyyəti açıqladı
Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə xəbərdarlıq etdi
Azərbaycan Prezidenti: “Hazırda “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq”
Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: “Qadın yazmışdı ki, çoxdan ayrılıblar”  - VİDEO
İlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb
Təhsil müəssisənin direktoru DƏYİŞDİRİLDİ – YENİ TƏYİNAT ( FOTO)
İmadəddin Nəsimiyə həsr olunan nəşrlərin təqdimatı keçirilib
Sabirabadda mərkəzi küçədə ağaclar məhv edilir -
Deputat Feyziyev - adi “Mauqli” banderloqu
Valideynlər məktəbli forması almaqda maraqlı deyillər
“Lotu Quli”nin dəstəsinə qardaşı başçılıq edəcək
Bu vətəndaşlarımızın gözlədiyi möhtəşəm xəbər gəldi – Millət vəkilindən açıqlama
Tanınmış iş adamı koronavirusdan vəfat etdi
Ermənilər növbəti itkilərini açıqladı
Fransa Mətbuatı: "Ermənistan Qarabağa Yaxın Şərqdən silahlılar gətirib”
Prezident transseksualı öldürən hərbçini əfv etdi
Azərbaycanda partiya sədri barəsində cinayət işi başlandı - 100 minlik dələduzluq
Bakıda iki klinikanın rəhbəri işdən çıxarıldı
Ermənilərin Qarabağdan çıxışına qadağa qoyuldu
Altı partiya hesabat verdi: Beşinin gəliri olmayıb
Zəngəzurda gərginlik: Xüsusi təyinatlılarımız 50 ermənini mühasirəyə aldı