Son dəqiqə
7-01-2021, 18:17
4 935

Müdafiə Nazirliyi hüququ olmadan hərbi forma geyinənlərlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi hüququ olmadan hərbi forma geyinənlərlə bağlı məlumat yaydı


Vətən müharibəsində iştirak etmək üçün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və artıq ehtiyata buraxılmış bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda ölkə ərazisində hərbi geyim formasından istifadə etməsi halları müşahidə olunur.

Bu barədə Müdafiə Naziriyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən bəzilərinin hətta hərbi geyim formasını kobud şəkildə pozduğunun da şahidi oluruq: "Bu kimi hallar müvafiq qanunvericiliyə zidd olmaqla yanaşı müzəffər Azərbaycan Ordusunun imicinə də xələl gətirir. Qeyd edək ki, hərbi geyim formalarının daşınması "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli Fərmanı ilə tənzimlənir.

Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsinin qadağan olması məhz həmin Fərmanda qeyd olunub.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Bütün vətəndaşlarımızı hərbi formaya hörmətlə yanaşmağa çağırırıq".

XeberTv.info

Digər xəbərlər

Erməni hərbçisi müəmmalı şəraitdə ölüb
Şuşadakı kilsəyə mifik “raket zərbəsi” - Erməni tərəfin növbəti təxribatı+Foto
Azərbaycanlı sabiq deputat vəfat etdi
Siyavuş Novruzov  istefa verdi
Daşkəsəndə QOÇU PEYDA OLUB... -
Paşinyanın korteji hamilə qadını öldürdü -
Məmurların klinika biznesi....-
Ermənistanın yüksək rütbəli zabitləri məhv edildi
Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz həbs edildi
50 yaşa çatmadan ölən azərbaycanlı JURNALİSTLƏR
“Barselona” “Ayaks”dan aldığını PSV-yə verdi
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü paylaşılıb
Yıxıldığı deyilən şagird həqiqətəndə məktəbdə intihara cəhd edibmiş
Moskva bəyan etdi: Əliyevlə Paşinyan arasında görüş olmayacaq
Deputatın adı QALMAQALDA - İDDİA
Bakıda usta binadan yıxıldı
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Kiyevdə səfərdədir
Lerikdə qalmaqal: 59 yaşlı müəllim şagirdinə təcavüz etməkdə suçlanır
AFFA-nın xanım nümayəndəsi Konfrans Liqasının oyununa təyinat aldı
İlham Əliyevin son sərəncamları ilə neçə hərbçi orden və medallar aldı?
Sabah qar yağacaq? - RƏSMİ
Elektrik enerjisi tarifləri 40%-ə yaxın artacaq - Türkiyədə
"Həmin yazıda mənim haqqımda olmazın, vicdana, namusa sığmayan sözlər yazılıb" - Deputat köməkçisi ittihamlara CAVAB VERDİ
"Sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər"
Düşmənin bu texnikaları da sıradan çıxarıldı - SİYAHI
İctimai Şura nəyi dəyişə bilər? - GƏLİŞMƏ
Bakıda arvadını öldürən hakimin işi məhkəməyə göndərilib
Ərəbləri Azərbaycana gətirən məmurun kimliyi bəlli oldu
Nailə Mirməmmədlinin ölüm səbəbi müəyyənləşdi
Azərbaycanlı aparici dünyasını dəyişdi.