Son dəqiqə
10-11-2021, 16:18
500

Zəngəzurda gərginlik: Xüsusi təyinatlılarımız 50 ermənini mühasirəyə aldı

Zəngəzurda gərginlik: Xüsusi təyinatlılarımız 50 ermənini mühasirəyə aldı


Ermənistanın müdafiə nazirinin səfəri 50-yə yaxın erməni hərbçinin Qaragöl gölü ətrafında mühasirəyə alınması ilə yadda qalıb.

Özünü səriştəsiz sələflərindən bir növ fərqləndirmək qərarına gələn Ermənistanın hazırkı müdafiə naziri Arşak Karapetyan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinə Qaragöl gölü ətrafında yerləşdirilməsi və Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında daha əlverişli mövqelər tutmağı tapşırıb.

O, atıcı silahlar və döyüş sursatları ilə təchiz edilmiş 50 nəfər erməni hərbçisinin iki "KamAZ” markalı yük maşını ilə dövlət sərhədi istiqamətində yerləşdirilməsi haqqında sərəncamı şəxsən imzalayıb.

Ermənistan Müdafiə nazirinin əmri ilə onlar qısa müddətdə Azərbaycan Ordusunun bölmələrinin postlarını birləşdirən kənd yolunu nəzarətə götürməli idilər. Yolu metal tor konstruksiyalarla (qabionlarla) bağlayan erməni hərbçilər Azərbaycan hərbçilərinin mövqeləri arasındakı yolu kəsməyə cəhd ediblər. Lakin hərbçilərimizin qətiyyətli cavabı ilə üzləşən erməni hərbçiləri geri çəkilməyə məcbur olub.

Yarım saat keçməmiş Azərbaycan Ordusunun xüsusi təyinatlı dəstəsi hadisə yerinə gəlib. Bundan sonra erməni hərbçilər mühasirəyə alınıb.

Qabionlar quran erməni əsgərləri əməliyyat sistemi pozulduğu üçün dayanmağa məcbur olublar. Bundan başqa, arxa cəbhə ilə əlaqəsi kəsilən erməni hərbçiləri 10 dərəcə şaxtada şəxsi heyəti qızdırmaq üçün isti yemək, su və müvafiq vasitələrlə (odun) təmin olunmayıb, çıxılmaz vəziyyətə düşüblər.

Hərbçilərimiz ermənilərdən fərqli olaraq yemək, çadır və istiliklə təmin olunublar. Nəticədə, hər şey erməni hərbçilərin əsgərlərimizə onları yedizdirmək və su vermək üçün acınacaqlı xahişləri ilə başa çatıb (həqiqətən, həyasızlığın dərəcəsi insanı sadəcə heyrətləndirir).

Ermənilərin köməyinə yenə Rusiya sərhədçiləri çatıblar - yalnız onların Azərbaycan komandanlığına müraciətindən sonra erməni tərəfinə həmişəki kimi çıxıb getməsinə imkan yaradılıb.

Erməni hərbi komandanlığı bu cür düşünülməmiş hərəkətlərlə müsbət nəticə əldə edə bilməyəcək, sadəcə olaraq öz əsgərlərinin həyatını mənasız şəkildə riskə atacaq. Təbii ki, onların kütləvi şəkildə öldürülməsi də erməni təxribat ustaları üçün problem yaratmayacaqdı - erməni əsgərlərindən "şəhid və qəhrəman” obrazı yaratmağa başlayacaqdılar. Həqiqət isə sadə bir reallıqdan ibarətdir: savadsız Ermənistan hərbi rəhbərliyi növbəti dəfə öz hərbçilərini güllə qabağına verir. Bu dəfə erməni hərbçilər canlarını yaxşı qurtardı - qorxu, təpiklər və kütləvi pnevmoniya ilə. Gələn dəfə nə olacaq?/Caliber.az/

Digər xəbərlər

Erməni hərbçisi müəmmalı şəraitdə ölüb
Şuşadakı kilsəyə mifik “raket zərbəsi” - Erməni tərəfin növbəti təxribatı+Foto
Azərbaycanlı sabiq deputat vəfat etdi
Siyavuş Novruzov  istefa verdi
Daşkəsəndə QOÇU PEYDA OLUB... -
Paşinyanın korteji hamilə qadını öldürdü -
Məmurların klinika biznesi....-
Ermənistanın yüksək rütbəli zabitləri məhv edildi
Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz həbs edildi
50 yaşa çatmadan ölən azərbaycanlı JURNALİSTLƏR
“Barselona” “Ayaks”dan aldığını PSV-yə verdi
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü paylaşılıb
Yıxıldığı deyilən şagird həqiqətəndə məktəbdə intihara cəhd edibmiş
Moskva bəyan etdi: Əliyevlə Paşinyan arasında görüş olmayacaq
Deputatın adı QALMAQALDA - İDDİA
Bakıda usta binadan yıxıldı
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Kiyevdə səfərdədir
Lerikdə qalmaqal: 59 yaşlı müəllim şagirdinə təcavüz etməkdə suçlanır
AFFA-nın xanım nümayəndəsi Konfrans Liqasının oyununa təyinat aldı
İlham Əliyevin son sərəncamları ilə neçə hərbçi orden və medallar aldı?
Sabah qar yağacaq? - RƏSMİ
Elektrik enerjisi tarifləri 40%-ə yaxın artacaq - Türkiyədə
"Həmin yazıda mənim haqqımda olmazın, vicdana, namusa sığmayan sözlər yazılıb" - Deputat köməkçisi ittihamlara CAVAB VERDİ
"Sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər"
Düşmənin bu texnikaları da sıradan çıxarıldı - SİYAHI
İctimai Şura nəyi dəyişə bilər? - GƏLİŞMƏ
Bakıda arvadını öldürən hakimin işi məhkəməyə göndərilib
Ərəbləri Azərbaycana gətirən məmurun kimliyi bəlli oldu
Nailə Mirməmmədlinin ölüm səbəbi müəyyənləşdi
Azərbaycanlı aparici dünyasını dəyişdi.