Son dəqiqə
24-02-2020, 11:48
939

BİZNESİ OLAN İCRA BAŞÇISI TƏKCƏ VƏLİYEV DEYİL... - Daha hansı icra başçılarının biznesləri var?

BİZNESİ OLAN İCRA BAŞÇISI TƏKCƏ VƏLİYEV DEYİL... - Daha hansı icra başçılarının biznesləri var?

Neftçala rayonunun bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan icra başçısı İsmayıl Vəliyevin rüşvət və korrupsiya ilə bərabər, həm də bizneslə məşğul olduğu üzə çıxıb. Rayon ərazisindəki bir böyük bazar da daxil olmaqla, başçıya aid biznes obyektlərinin siyahısı açıqlanıb.

Lakin sözsüz ki, Neftçala heç də Azərbaycanın ən varlı rayonu hesab edilə bilməz. Yəqin ki, İ.Vəliyevin özü də ən böyük biznesi və ən çox obyektləri olan icra başçısı deyil.

“AzPolitika.info” xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli bir neçə icra başçısına aid rəsmən qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinə aid məlumatlar paylaşıb.

Həmin məlumatlar vergi orqanının rəsmi saytından götürülüb və təbii ki, əksər icra başçılarının qeyri-rəsmi, yaxud başqa şəxslərin adlarına sənədləşdirilən daha böyük və çoxsaylı biznes obyektləri mövcuddur.

C.Həsənlinin paylaşdığı məlumatlar Şəki, Şabran, Göyçay, Quba və Lənkəranın icra başçılarına aiddir. Həmin paylaşımları təqdim edirik:

Şabranın icra başçısı Asif Hüseynov - Şabranın icra başçısı Asif Həbib oğlu Hüseynov 2000-ci ildə qeydiyyatdan keçmiş "Səbinə-93" kiçik müəssisəsinin təsisçisi və qanuni təmsilçisidir.

Şəkinin icra başçısı Elxan Usubov - Vergilər Nazirliyində Şəkinin icra başçısı Elxan Zabir oğlu Usubovun adına iki şirkət qeydiyyatdadır.

"CHEMİCO CO LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1996-cı ilin iyulunda, "A.Q.T.İ.M." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ilin fevralında qeydiyyatdan keçib.

Hər iki şirkətin təsisçisi və qanuni təmsilçisi Elxan Usubovdur. Şirkətlər Elxan Usubov icra başçısı təyin olunmamışdan qabaq təsis edilib, lakin indiyədək ləğv edilməyib. İcra başçısı əvvəllər bizneslə məşğul olub.

Göyçayın icra başçısı Mehdi Səlimzadə - ”NIRRIN HEALTH & SPA” mərkəzi Qurban Xəlilov küçəsi 2-də yerləşir. Göyçayın icra başçısı Mehdi Səlimzadənin qızı Nəzrin Mehdi qızı Səlimzadəyə məxsusdur.

Nəzrin Səlimzadə 2013-cü ilin iyulunda Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınmış "NİRRİN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir. Ötən ilin iyunundan qanuni təmsilçisi Məsmə Xanım Məcidova Abbas qızıdır.

Lənkəranın icra başçısı Taleh Qaraşovun isə oğlunun adına MMC var. 2005-ci ildə qeydiyyata alınan "V.S.S" MMC adlı şirkət Samir Qaraşovun adınadır.

Qubanın icra başçısı Ziyəddin Əliyevin Ukraynada böyük biznesə malik olması haqda isə dəfələrlə yazılıb.

“Qubanın icra başçısı Ziyəddin Əliyevdən hələ nə Ukraynadakı o zavodun, nə də ora yatırdığı 7 milyon avronun hesabını soruşan olmayıb...”, - deyə, jurnalist qeyd edib.

Digər xəbərlər

Koronavirusa görə birbaşa maliyyə yardımı necə veriləcək? - Mikayıl Cabbarov açıqladı
Komandirinin nəşini çıxararkən özü də şəhidlik zirvəsinə ucalıb - Qələbə günü şəhid olan Elgün Abbaslı  - FOTO
Ərdoğan Azərbaycana gəlib - VİDEO
Nazir: “Təhsilin adi qaydada davam etməsi müəyyən risklər yarada bilər”
Bu yolu keçmək üçün tullanmalısan - FOTO
Ermənistanın keçmiş müdafiə naziri döyüşlərdə ağır yaralandı
Evdə oğluna toy edən ata cərimələndi
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Toy görüntülərinə görə Ayseli ittiham etdi
Bazarda azərbaycanlılar arasında dava: Feyruz əvvəl yumruqla vurdu, sonra atəş açdı...
“Azərbaycan məcburi köçkünlərin geri qayıtması üçün fəaliyyətini davam etdirir”
Son sutkada yoluxanların sayı 2000-i ötdü
“Müsavat, AXCP və REAL qeydiyyata alınacaq” - Novella Cəfəroğlu
İŞİD liderinin ölümünü təsdiqlədi
Mikayıl Müşfiqin xatirəsinə sənədli film çəkildi - Anons
Deputatlar icra başçılarının həbsindən danışdılar: “Çoxlarının yuxusu qaçıb, kürkünə birə düşüb”
İranda təyyarə təcili eniş etdi - 141 sərnişinlə
Azərbaycanın Polşaya yeni səfir təyin edib
Bakının mərkəzində dava düşdü: Tarixi bina ətrafında qalmaqal
Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
NK bakalavriat səviyyəsində yeni ixtisasın yaradılmasına aydınlıq gətirib
Prezident Zəfər Günü münasibətilə paylaşım etdi
DƏHŞƏTLİ MÜHARİBƏ BAŞLAYIR: Hərbçilərin məzuniyyəti ləğv edildi, bir neçə gündən sonra…
Ceyhun Bayramovla Mnatsakanyan Cenevrədə görüşdü
Mirdaməd Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib
Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir, peyvəndlərdə 3 heyvanın geni var - VİDEO
Baş həkim Milli Onkologiya Mərkəzinin qarşısındakı sıxlıqdan danışdı
Kəmalədin Heydərov general və polkovniki İŞDƏN ÇIXARTDI
"Azeri Light" markalı neft bahalaşıb
Bir sıra rayonların polis şöbələrində nöqsanlar aşkarlandı
{sape_links}{sape_article}