Son dəqiqə
28-02-2020, 14:17
888

"Mən buna görə də Birinci vitse-prezident Mehriban xanıma çox minnətdaram" - Birinci vitse-prezidentdən diqqət...

"Mən buna görə də Birinci vitse-prezident Mehriban xanıma çox minnətdaram" - Birinci vitse-prezidentdən diqqət...

Heydər Əliyev Fondu Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun bıçaqladığı keçmiş həyat yoldaşı Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələləri öz üzərinə götürüb.

Bu barədə "Report"a açıqlamasında D.Bəhmənovanın anası məlumat verib.

E.Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib:

"Bir neçə gün öncə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bizə zəng etmişdi. O dedi ki, Mehriban xanım bu hadisəni eşitdikdən sonra bizə kömək etməyi təklif edib. Artıq Heydər Əliyev Fondu qızımın müalicəsini tamamilə öz üzərinə götürüb. Onlar həkimlərlə tez-tez əlaqə saxlayır və qızımın vəziyyəti ilə mütəmadi olaraq maraqlanırlar. Sonuncu əməliyyat fevralın 26-da olub, xüsusi olaraq bu əməliyyat üçün başqa klinikalardan həkimlər də dəvət edilib. Əməliyyat uğurlu keçdi. Ancaq bununla belə qızımın vəziyyəti ağır olaraq qalır. Fonddan mənə bildirdilər ki, qızımın sağalana qədər müalicəsi həyata keçiriləcək. Mən buna görə də Birinci vitse-prezident Mehriban xanıma çox minnətdaram. Klinikanın bahalı olmasına baxmayaraq, Fonddan mənə “bu, artıq sizi maraqlandırmamalıdır” dedilər. Təşəkkür edirəm".

"Heydər Əliyev Fondundan mənə sadəcə müalicəni deyil, həm də prokurorluqda da bu işi nəzarət altında saxlayacaqlarını bildirdilər", - D.Bəhmənovanın anası bildirib

Qeyd edək ki, fevralın 3-də Yasamal rayonu ərazisində Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun 1981-ci il təvəllüdlü oğlu Ceyhun Bəhmənovun keçmiş həyat yoldaşı 982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanı bıçaqlayıb.

C.Bəhmənov saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, N.Bəhmənov 1992-2008-ci illərdə Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, 2008-ci ildə vəfat edib.

Digər xəbərlər

Azərbaycan şahmatçıları Teymur Rəcəbov üçün ədalət tələb edirlər
Afaq Aslanın erməni blogerlə Dubay əyləncəsi - VİDEO
Saatlıda biabırçı seçki mənzərəsi - İDDİA
Türkiyə mətbuatı Əli Həsənovla FETÖ əlaqələrindən yazdı
Azərbaycanda son sutkada koronavirusa yoluxma kəskin artdı, ölən olmayıb
Abşeronda naməlum şəxslər ahıl qadını evində öldürmək istədi
“Harada görülüb ki, dənizə nümayəndə təyin edilsin?”
Türkiyənin hərbi sənayesi daha bir  nailiyyətə imza atıb
“Paşinyan Əliyevin bu sözlərini eşidəndə dönüb gözlərini döydü”
Hündürlüyü 10 metrə çatan sel yaşayış məntəqələrinə doğru gedir -
Azərbaycanda quduz it 9 nəfəri dişlədi
Olimpiadada uduzdurulmuş Azərbaycan əsilli idmançı həvəskar boksu atdı: “İyrəndim”
Bu dünyanın anası kimdir? - Qiyamət günü haqqımızda nə şəhadət verəcəkdir?..
Salyanda məktəb direktoru koronavirusdan vəfat edib - FOTO
Təhsil Naziri "Facebook"da intihar etdiyi deyilən müəllimə barədə yazdı
I sinfə qəbul üçün məktəb seçiminə start verilir
Bakının məşhur xəstəxanalarından biri ilə bağlı qərar
Yeni tədris sistemi müəllimlərin maaşına təsiri edəcəkmi?
İlham Əliyev: “Bu, mənim erməni xalqına sözümdür"
Azərbaycan Milli Kitabxanasına asılqanlar və qarderoblar alınır
Fernando Alonsonu maşın vurdu
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
Çempionlar Liqası: hansı oyun hansı kanalda? - TV AFİŞA
Kamran Əliyevlə Kəmaləddin Heydərov hadisə yerindədir
Baş prokuror: “Bütün bunlara həm hərbi sahədə, həm də siyasi sferada layiqli cavab verəcək”
Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırıldı
İlham Əliyev Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb
Daha bir aviaşirkət Rusiyanın üç şəhərindən Bakıya uçuşlara başlayır
Almaniyadan 43 azərbaycanlı deportasiya edildi
Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi - FƏRMAN
{sape_links}{sape_article}