Son dəqiqə
21-03-2020, 12:33
638

Putinin Salmanla neft müharibəsindəki planı məlum oldu

Putinin Salmanla neft müharibəsindəki planı məlum oldu

Rusiya Səudiyyə Ərəbistanının başladığı şantaja boyun əyməyəcək və Ər-Riyadın neft qiymətlərini çökdürməsi qarşısında geri çəkilməyəcək.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, Rusiya üçün itki nə olursa olsun, ilk güzəşt prezident Vladimir Putin tərəfindən olmayacaq. Hökümətin planları ilə tanış olan mənbələr iddia edirlər ki, hətta bir barrel neftin qiyməti 20 dollardan aşağı olsa da, Rusiya hökuməti mövqelərini dəyişməyə məcbur edilməyəcək.

Kremldə əmindirlər ki, onlar neft müharibəsində qalib gələ biləcəklər, çünki əvvəlcədən bunun üçün kifayət qədər ehtiyat yaratmışdılar. Moskva Ər-Riyadın bu şəkildə cavab verəcəyini gözləmirdi və neft bazarının çökməsindən xoşagəlməz halda təəccübləndi, amma yenə də bunun Səudiyyə Ərəbistanı və tərəfdaşlarından daha uzun sürəcəyinə inanır.

“Bloomberg” qeyd edir ki, krallıq Rusiyanın hasilatın azaldılmasına dair üzərinə götürdüyü öhdəlikləri pozmasına dözürdü. Amma Moskvanın hasilatın daha da azaldılmasına dair təklifə qarşı çıxması Ər-Riyadə bərk qəzəbləndirdi.

Kremlin sözçüsü Dmitri Peskov isə Səudiyyə Ərəbistanı ilə neft müharibəsinin mövcudluğunu qəbl etmir, qiymətlərin azalmasını dünyadakı mənfi tendensiyalarla izah edib və müvəqqəti adlandırıb. O, həmçinin neft qiymətinin çökdürülməsi əlaqədar ABŞ-ın Rusiyaya qarşı mümkün sanksiyalar tətbiq etməsi barədə xəbərləri "rusfobiya" təzahürü adlandırıb.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonun neft bazarındakı vəziyyətə müdaxilə etməyə hazır olduğunu demişdi. Ağ Evdəki mənbələr bazardakı vəziyyətə görə Səudiyyə Ərəbistanının rolunu xatırladaraq bu ölkə ilə diplomatik danışıqlar aparmağa çalışacaqlarını iddia edirlər. Lakin Tramp administrasiyasının üzvləri Rusiyaya münasibətdə güc mövqeyindən, yəni sanksiyalar yolu ilə hərəkət etməyə çalışacaqlar. ABŞ-ın hərəkətləri fonunda neftin qiyməti yenidən artdı və martın 20-də bir barrel üçün 30 dollar ətrafında dəyişirdi. Amma çox keçmədən tənəzzül bərpa edildi və qiymət 27 dollara qədər gerilədi.

XeberTv.info

Digər xəbərlər

Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Bakı üzrə ən çox yoluxma bu rayondadır
"Bu vətəndən Astaranın icra başçısına nə?.." - GİLEY
Təhsil naziri yaz imtahan sessiyası ilə bağlı əmr imzaladı
Prezident İlham Əliyevin xalqa müraciəti - TAM MƏTN
Səhiyyə naziri Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasının plenar iclasında çıxış edib
 “İcbari tibbi sığortam olsa da, məndən pul istədilər” -VİDEO
“Şərurlu İsfəndiyar” dul qadının mənzilinə göz dikib, fırıldaq yoluyla ələ keçirir
Müslüm Maqomayevin heykəlinin hazırlanmasına başlanılıb
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Türkiyə Azərbaycana mina təmizləyən maşınlar göndərdi - FOTOLAR
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
İlham Əliyev Estoniya parlamentinin sədrini qəbul etdi
Sabah 38 dərəcə isti olacaq
Əli Kərimlinin daha bir cangüdəni həbs olundu
Gəncə şəhəri növbəti dəfə atəşə tutulur
Düşmən Göygölü atəşə tutdu: Meşədə yanğın başladı
Bu gündən səfərbərliklə çağırılan hərbçilərin tərxisinə başlanılıb - SƏRƏNCAM
Ölkəmizdə son sutkada koronavirusdan 22 nəfər vəfat edib
Azərbaycan millisində oynamış futbolçu Ermənistan klubunda
Şamaxıdan qayıdan müəllim və şagirdlər ağır qəzaya düşdü -
DİM abituriyentlərə xəbərdarlıq edib
Ölkədə yüzminlərlə abonent su sayğacı ilə təmin edilməyib
Qarabağ Qazisi “İstisu”dakı rəzalətdən danışdı
İlham Əliyev: "Ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur"
Bakıda 3 gün 3 gecə davam edən 5 milyon dollarlıq toy - VİDEO
Sabahdan bu şəxslərin vaksinasiyasına başlanılır
"Sədərək" Yusifin əli Mingəçevirə qədər UZANIRMIŞ... - VİDEO
İranda polis məntəqələrinə hücum olub, ölənlər var
İlham Əliyev Moskvaya getdi
{sape_links}{sape_article}