Son dəqiqə
İdman
3-09-2020, 16:46
831
Azərbaycan millisində oynamış futbolçu Ermənistan klubunda
Vaxtilə Azərbaycan millisində çıxış etmiş və Rusiyada azərbaycanlı oyunçu kimi tanınan Maqomed Musalov Ermənistan klubu ilə müqavilə imzalayıb. Dağıstan əsilli futbolçu “Pünik” klubuna keçib.
Rusiya və Ermənistan mətbuatı bu xəbəri “Azərbaycanlı futbolçu Ermənistan klubuna keçdi” başlığı ilə yayımlayıb.
Qeyd edək ki, Musalov Azərbaycan yığması ilə 3 dəfə təlim-məşq toplanışlarına dəvət alıb. O, həm U-19, həm U-21 yığmasının toplanışlarında olub.
Xatırladaq ki, bundan əvvəl milliləşdirilmiş dağıstanlı Şamil Qurbanov Ermənistanın “Uliss” klubuna yollanmışdı. (Qafqazinfo)
XeberTv.info