Son dəqiqə
23-03-2020, 23:46
901

BNA: Metrostansiyalar boyunca xüsusi ekspress marşrutlar fəaliyyət göstərəcək

BNA: Metrostansiyalar boyunca xüsusi ekspress marşrutlar fəaliyyət göstərəcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilir.

Bu barədə XeberTv.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat ximdətindən məlumat verilib.

Məlumatda deyilir ki, M1 və M2 ekspress marşrut xətləri avtobuslar saat 06:00-22:00 arası fəaliyyət göstərəcək. Ekspress xətlər üzrə avtobusların yalnız metro stansiyaların çıxışlarında olan dayanacaq məntəqələrində dayanacaq.

M1 – xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – Azadlıq pr. m/st. – 3-cü mkr. dairəsi (M.Əcəmi m/st.) – 20 Yanvar m/st. (ümumilikdə 11 m/st.)

M2 – xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – 28 May m/st. – Sahil m/st. – İçərişəhər m/st. – Nizami m/st. – Elmlər Ak. m/st. – İnşaatçılar m/st. - 20 Yanvar m/st. (ümumilikdə 15 m/st.)

Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 – 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçiriləcək. Zərurət yaranacağı halda böyüktutumlu (18 m) avtobusların istismarı nəzərdə tutulub. Hər iki xətt üzrə gediş haqqı 0,30 manat müəyyən edilib və ödəniş nağdsız formada “BakıKart”-la olacaq.

“Eyni zamanda bildiririk ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcəkdir.

Sərnişinlərdən metrodan istifadəni minimuma endirməyi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Həmçinin zəruriyyət evdən çıxmamağı tövsiyə edirik”, - məlumatda deyilir.

Digər xəbərlər

Millimizin iki üzvü koronavirusa yoluxdu
Polşa prezidenti: “Azərbaycan Cənubi Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır”
Dünyanın ən yaxşı universitetlerinin siyahısı açıqlanıb - TOP 5
Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Faiq Ağayevə də vaksin vuruldu
Ölkəmizdə koronavirusdan ölənlərin sayı 1000-i ötdü
İşıqsız qalan Odessada etirazlar başladı, yollar bağlandı
"Allah heç bir körpəni anasız qoymasın..." - Xərçəngdən əziyyət çəkən Tünzalə
Dünyanın ən bahalı klublarının reytinqi açıqlandı
Koronavirusa qalib gələn ölkələrin sayı 3-ə çatdı
Düşmənin zərbə PUA-sı zərərsizləşdirilib
Azərbaycanda 10 yaşdan yuxarı qızlar məktəbdən yayındırılır? - VİDEO
Bakının məşhur kinoteatrı sökülür - Yerində ticarət mərkəzi tikilir
Bakıda məktəbdən "AK-74" avtomatı oğurlanıb
Kəlbəcərli zülmkar Məhəmmədin Zərdabdakı fermasında qullar aşkarlandı
Azərbaycanda neçə şagird koronavirusa yoluxub?
Rəsul Çunayev: “Vətənimizə layiqincə xidmət etmək üçün bizə sağlam gənclər lazımdır”
“Samsung”un rəhbəri həbs edildi
Yenilənmiş “Nu, poqodi!”nin ilk treyleri - Video
“Gülüstan” sarayında Ərdoğana xoş sürpriz -
Ucarda maşınlar toqquşub su arxına düşdü, yaralılar var
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü - VİDEO
Aprelin 22-23-də Azərbaycanda növbəti buraxılış imtahanları keçiriləcək
Ərdoğan Azərbaycan Prezidentinə zəng edib
Azərbaycanda kasıb tələbələrin builki təhsil haqqını dövlət ödəyəcək
Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı ölümlə hədələyir
AZAL-ın qiymətləri niyə bahadır? - VİDEO
İlk olaraq Şuşaya sərnişin daşınması təşkil ediləcək
10 nəfərdən çox toplaşmaq qadağan edilsə də, Bakı metrosu bu gün - Video
Sakinləri Paşinyana etiraza çağıran Gorus meri saxlanıldı
{sape_links}{sape_article}