Son dəqiqə
2-04-2020, 20:23
958

Yalnız bu şəxslərin hərəkətinə icazə veriləcək - Siyahı

Yalnız bu şəxslərin hərəkətinə icazə veriləcək - Siyahı



Sabahdan Azərbaycanda hərəkət məhdudlaşdırılır.

XeberTv.info məlumat verir ki, aprelin 20-dək aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;

Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;

dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;

dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli əlavə);

dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

kütləvi informasiya vasitələrinin əməkdaşları;

Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə);

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

“ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, "Regional İnkişaf" İctimai Birliyi, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Digər xəbərlər

Koronavirusa görə birbaşa maliyyə yardımı necə veriləcək? - Mikayıl Cabbarov açıqladı
Komandirinin nəşini çıxararkən özü də şəhidlik zirvəsinə ucalıb - Qələbə günü şəhid olan Elgün Abbaslı  - FOTO
Ərdoğan Azərbaycana gəlib - VİDEO
Nazir: “Təhsilin adi qaydada davam etməsi müəyyən risklər yarada bilər”
Bu yolu keçmək üçün tullanmalısan - FOTO
Ermənistanın keçmiş müdafiə naziri döyüşlərdə ağır yaralandı
Evdə oğluna toy edən ata cərimələndi
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Toy görüntülərinə görə Ayseli ittiham etdi
Bazarda azərbaycanlılar arasında dava: Feyruz əvvəl yumruqla vurdu, sonra atəş açdı...
“Azərbaycan məcburi köçkünlərin geri qayıtması üçün fəaliyyətini davam etdirir”
Son sutkada yoluxanların sayı 2000-i ötdü
“Müsavat, AXCP və REAL qeydiyyata alınacaq” - Novella Cəfəroğlu
İŞİD liderinin ölümünü təsdiqlədi
Mikayıl Müşfiqin xatirəsinə sənədli film çəkildi - Anons
Deputatlar icra başçılarının həbsindən danışdılar: “Çoxlarının yuxusu qaçıb, kürkünə birə düşüb”
İranda təyyarə təcili eniş etdi - 141 sərnişinlə
Azərbaycanın Polşaya yeni səfir təyin edib
Bakının mərkəzində dava düşdü: Tarixi bina ətrafında qalmaqal
Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
NK bakalavriat səviyyəsində yeni ixtisasın yaradılmasına aydınlıq gətirib
Prezident Zəfər Günü münasibətilə paylaşım etdi
DƏHŞƏTLİ MÜHARİBƏ BAŞLAYIR: Hərbçilərin məzuniyyəti ləğv edildi, bir neçə gündən sonra…
Ceyhun Bayramovla Mnatsakanyan Cenevrədə görüşdü
Mirdaməd Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib
Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir, peyvəndlərdə 3 heyvanın geni var - VİDEO
Baş həkim Milli Onkologiya Mərkəzinin qarşısındakı sıxlıqdan danışdı
Kəmalədin Heydərov general və polkovniki İŞDƏN ÇIXARTDI
"Azeri Light" markalı neft bahalaşıb
Bir sıra rayonların polis şöbələrində nöqsanlar aşkarlandı
{sape_links}{sape_article}