Son dəqiqə
21-05-2020, 14:16
1 641

Bakıda "Milana Hospital"ın “pul tələsi”... – Pasiyentlər “soyulur”...

Bakıda "Milana Hospital"ın “pul tələsi”... – Pasiyentlər “soyulur”...


Paytaxt Bakıda fəaliyyət göstərən “Milana Hospital” sözün həqiqi mənasında pasiyentləri tələyə salınır. Bu barədə redaksiyamıza adının çəkilməsini istəməyən vətəndaşlarımızdan biri məlumat verib. Onun sözlərinə görə, xəstəxanada MRT müayinəsindən keçdikdən sonra həkimin maraqlı yanaşması ilə qarşılaşıb.

Həkim pasiyentə dərmanları hansı aptekdən almalı olduğunu, eyni zamanda 10 gün xəstəxanada yatmalı olduğunu deyib. 10 günlük xidmət haqqı isə təqribən 3000 manatdır. Vətəndaş imkanın olmadığını əsas gətirərək müalicəsini evdə davam etdirmək istədiyini söyləsə də, həkim bunun düzgün olmadığını deyib. Həkim xəstənin sistemlərinin də məhz həmin xəstəxanada asılmalı olduğunu bildirib.

Məlumdur ki, sistem asılması kimi tibbi prosedurun evdə yerinə yetirilməsi mümkündür. Amma həkimin nə üçün israrla özü dediyi aptekdən dərmanların alınmalı olduğunu vurğulaması diqqət çəkir.

Mövcud durumla bağlı “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim Sərdar Cəlaloğlu bildirib ki, ölkəmizdə səhiyyə xidmətini biznes kimi başa düşürlər.

O bildirib ki, səhiyyə xidmətində əsas məqsəd vətəndaşa yüksək və keyfiyyətli tibbi yardımın göstərilməsidir. Azərbaycanda isə əksinədir:

“Tibbi xidməti vətəndaşlardan pul qazanmaq kimi başa düşürlər. Ona görə də qiymətlər vətəndaşların gəlirlərinə uyğun deyil. Ölkəmizdə elə bir xəstə yoxdur ki, əmək haqqı müqavilində müalicə olunsun. Bir vətəndaş minimum əmək haqqı alırsa, 1 il çörək yeməməlidir ki, gedib hansısa xəstəliyini müalicə etdirsin. Özəl sektorun inkişaf etməsinin əleyhinə deyiləm. Pullu səhiyyə olsa da, orada qiymətlərin müəyyən edilməsi azad ola bilməz. Analizlərə baxanda görürük ki, bir xəstəxanada 100 manat, digərlərində 40-60 manat, bəzi xəstəxanalarda isə 200 manatdır. Xəstəxanalarda qəribə fərqliliklər var. Bunların hamısı Azərbaycanda özəl səhiyyə sistemininin tənzimlənməməsi və özbaşınalıqdır. Özəl xəstəxanaların hamısı hansısa nazirin, millət vəkilinin, icra başçısınındır. Ona görə də özəl xəstəxanalara nəzarət etməyə imkan vermirlər”.

S.Cəlaloğlu bildirib ki, ölkəmizdəki xəstəxanalar vətəndaşları istismar edən, onları “soyan” kapitalizmin funksiyalarını yerinə yetirən bir təşkilata çevrilib.

“Məsələn, bir xəstə öldüsə və yaxud düzgün müalicə olunmayıb əlil oldusa, həmin xəstə kompensasiya tələb edə bilmir. Çünki qanunlar qarmaqarışıq verilib. Halbuki, Azərbaycan konstitutsiyasında dövlət orqanlarının vətəndaşa vurduğu ziyan həmin orqanlar tərəfindən vətəndaşa qaytarılmalıdır. Amma bu günə qədər bir fakt göstərə bilmərik ki, hansısa idarə vətəndaşa ziyan vurur və həmin idarədə vətəndaşın ziyanı ödənilir.

Bəlkə də xəstənin dərmana ehtiyacı yoxdur, amma dəfələrlə rast gəlmişəm ki, 5 manatlıq dərman da eyni xəstəliyə kömək edə bilər, 100 manatlıq firma dərmanı da. Həkim mütləq 100 manatlıq dərmanı yazır. Xəstə aptekə gedir və dərman reseptində həkimin imzası var. Firma dərhal həkimin hesabına faiz yazır. Beləliklə, həkim həm xəstədən pul alır, həm də ona yazdığı dərmandan faiz götürür. Bu, Azərbaycanda çox ciddi bir problemdir”.

ADP sədri qeyd edib ki, bu gün əlilliklərin və xəstəliklərin yaranması vətəndaşların effektli və keyfiyyətli tibbi yardım ala bilməməsi ilə bağlıdır:

“Konstitutsiyada vətəndaşların sağlamlıq hüququ var. Bu, o deməkdir ki, vətəndaş imkanı yoxdursa, tibbi xidmət alır və dövlət mütləq onun xərclərini üzərinə götürməlidir. Pullu səhiyyə adı altında vətəndaşların sağlamlıq hüququnu məhdudlaşdırmaq olmaz. Təəssüf ki, Azərbaycanda qanun işləmir. Xalqımızın həm sağlamlığından, həm təhsilindən, həm mədəniyyətindən, həm də milli mənsubiyyətindən istifadə edirlər. Beləliklə, ölkədə kimsəsiz xəstələr ordusu əmələ gəlir”.(xeberfakt.az)

XeberTv.info

Digər xəbərlər

Bakıda iki bacı dəm qazından boğularaq ölüb
İtaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
Ağac soyqırımını törədən şəxsləri iş adamı ifşa etdi -
Azərbaycanda vəzifəli şəxs dünyasını dəyişdi
Çingiz Əsgərov Ali Məhkəmənin sədr müavini təyin edildi
Abid Şərifovun şirkəti borc içində batır –
Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? - AÇIQLAMA
Vüqar Səfərlinin cinayət işində Medianın İnkişafı Agentliyi zərərçəkən qismində tanınıb
Yanvarın 18-dən sonra karantin qaydaları yumşaldılacaqmı?
Bakıda iki bacını avtomobil vurdu
“Çox utanıram, vicdan əzabı çəkirəm” - Həbs olunan başçı
İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul etdi
Ceyhun Həsənovun adından HAQQ yığır... – Xacmazdakı 1 saylı Məntəqə Tipli Cəzaçəkmə müəssisəsinin rəisi məhkumları azadlığa buraxıb
Ərdoğan: “ABŞ qoşunları Əfqanıstandan çıxdığı kimi İraq və Suriyadan da çıxmalıdır...”
Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb
Əli İnsanov iqtidar dairələri ilə anlaşıb?
Camaat 10 milyonu yeyir heç zad olmur, sən tutmusan ki, 10 min belə getdi.
Təbrizdə etiraz aksiyası: Əhali ilə polis qüvvələri arasında toqquşma (VİDEO/FOTO)
Rövşanə ilə vəkil canlı efirdə dalaşdı - "Tüpürüm sizin missiyanıza"- VİDEO
Xankəndi-Gorus istiqamətində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib -
Fransada türklər və ermənilər arasında qarşıdurma - Yaralananlar var
Ermənistan itki sayını açıqladı
BMT marixuananı təhlükəli narkotiklər siyahısından çıxarıb
Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu
Milli Məclisə seçkilərin ilkin nəticələri məlum olub - TAM SİYAHI
Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb -
Sabah hava çiskinli olacaq
Bankların valyutadəyişmə BARYERİ - PROBLEM
“Bremen musiqiçiləri” növbəti dəfə göstərilib
“Paşinyanın bu seçimi erməni xalqının tamamilə məhvi deməkdir”
{sape_links}{sape_article}