Son dəqiqə
10-06-2020, 10:40
1 032

FHN Sumqayıtdakı bina uçqunu haqda

FHN Sumqayıtdakı bina uçqunu haqda


Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtdakı bina uçqunu barədə məlumat yayıb.

XeberTv.info FHN-in saytına istinadən bildirir ki, qurumun "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikili binada uçqun olması, 1 nəfərin xəsarət alması barədə məlumat daxil olub.

Nazirliyin Sumqayıt Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın girişində pilləkən uçub, nəticədə xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.

Digər xəbərlər

Bakıda iki bacı dəm qazından boğularaq ölüb
İtaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
Ağac soyqırımını törədən şəxsləri iş adamı ifşa etdi -
Azərbaycanda vəzifəli şəxs dünyasını dəyişdi
Çingiz Əsgərov Ali Məhkəmənin sədr müavini təyin edildi
Abid Şərifovun şirkəti borc içində batır –
Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? - AÇIQLAMA
Vüqar Səfərlinin cinayət işində Medianın İnkişafı Agentliyi zərərçəkən qismində tanınıb
Yanvarın 18-dən sonra karantin qaydaları yumşaldılacaqmı?
Bakıda iki bacını avtomobil vurdu
“Çox utanıram, vicdan əzabı çəkirəm” - Həbs olunan başçı
İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul etdi
Ceyhun Həsənovun adından HAQQ yığır... – Xacmazdakı 1 saylı Məntəqə Tipli Cəzaçəkmə müəssisəsinin rəisi məhkumları azadlığa buraxıb
Ərdoğan: “ABŞ qoşunları Əfqanıstandan çıxdığı kimi İraq və Suriyadan da çıxmalıdır...”
Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb
Əli İnsanov iqtidar dairələri ilə anlaşıb?
Camaat 10 milyonu yeyir heç zad olmur, sən tutmusan ki, 10 min belə getdi.
Təbrizdə etiraz aksiyası: Əhali ilə polis qüvvələri arasında toqquşma (VİDEO/FOTO)
Rövşanə ilə vəkil canlı efirdə dalaşdı - "Tüpürüm sizin missiyanıza"- VİDEO
Xankəndi-Gorus istiqamətində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib -
Fransada türklər və ermənilər arasında qarşıdurma - Yaralananlar var
Ermənistan itki sayını açıqladı
BMT marixuananı təhlükəli narkotiklər siyahısından çıxarıb
Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu
Milli Məclisə seçkilərin ilkin nəticələri məlum olub - TAM SİYAHI
Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb -
Sabah hava çiskinli olacaq
Bankların valyutadəyişmə BARYERİ - PROBLEM
“Bremen musiqiçiləri” növbəti dəfə göstərilib
“Paşinyanın bu seçimi erməni xalqının tamamilə məhvi deməkdir”
{sape_links}{sape_article}