Son dəqiqə
27-07-2020, 19:10
1 776

Minlərlə insan aldadılaraq neft mədəni ərazisində yaşamağa məhkum edilib - REPORTAJ

Minlərlə insan aldadılaraq neft mədəni ərazisində yaşamağa məhkum edilib - REPORTAJ


Paytaxt Bakıda və Abşeron yarımadasında on minlərlə insan var ki, işbazlar, rüşvətxor məmurlar tərəfindən aldadılaraq neft-qaz kəmərlərinin mühafizə zonasında, mədən ərazilərində yaşamağa məhkum ediliblər.

Məhkum edilib deyirik, çünki bu çarəsizlərin düşdüyü vəziyyəti başqa sözlə ifadə etmək mümkün deyil. Təsəvvür edin, bu insanlar həm ailələrinin sağlamlığını təhlükəyə atır, həm də daim problemlər, məhkəmə çəkişmələri ilə üz-üzə qalırlar.

Axırıncı qurban

Problemlərin ağuşuna atılan insanlardan biri də İran İslam Respublikası vətəndaşı Cavad Şalğunidir (Javad Akhlaghi Shalghouni). İşbazlar Maştağa-Buzovna avtomobil yolunun sol tərəfində (“Bakı kafesi” deyilən istiqamətdə) Hacı Zeynalabdin Tağıyev adına neft-qaz çıxarma idarəsinin (NQÇİ) 3 saylı mədən ərazisinin bir hissəsini zəbt edib ona satıblar.


Minlərlə insan aldadılaraq neft mədəni ərazisində yaşamağa məhkum edilib - REPORTAJ


Ərazidə tikinti aparıldığını aşkarlayan mühafizəçilər Cavad Şalğuniyə mədən ərazisində görülən işlərin qanunsuz olması barədə ətraflı məlumat verib və tikinti işlərinin dayandırılmasını tələb edib. Cavad Şalğuni isə tikinti üçün lazım olan “icazəni” aldığını bildirib və torpaq sahəsinin sənədlərini təqdim edib. Lakin məlum olub ki, ona verilən sənədlər düzgün deyil. Belə ki, tikinti aparılan sahə Xəzər rayonunun ərazisi olduğu halda, sənəddə Sabunçu rayonunun ərazisindən bəhs olunur. Bundan başqa Torpaq Məcəlləsinə görə əcnəbilər Azərbaycanda torpağı yalnız icarə yolu ilə əldə edə bilərlər, mülkiyyətçi ola bilməzlər. Sənədlərinin saxta olduğunu öyrənən Cavad Şalğuni və həyat yoldaşı aldadıldıqlarını başa düşüb məyus oldular, daş hasarın üstündə oturub ağlamağa başladılar. Onlar bu torpaq sahəsini almaq üçün maklerliklə məşğul olan Asəf və Azər Cəbrayılov qardaşlarına 7 min manat veriblər. Üstəlik bir o qədər də xərc çəkib tikinti işləri aparıblar. İndi isə həm çəkdikləri əziyyət, həm də xərclədikləri pullar hədər gedə bilər. Görünür, maklerlər Cavadın Azərbaycandakı qayda-qanundan bixəbər olmasından istifadə ediblər, pulunu alıb “heç kim sənə bir söz deyə bilməz, evini tik, nə olsa bizlikdi” deyib aldadıblar. Nəticədə mədən ərazisində qanunsuz tikinti işləri aparan şəxslə dövlət üz-üzə qalıb.

Neft mədəninin ərazisində torpaq oğurluğu ilə məşğul olan bu şəxslər “müştərilərini” daha çox bələdiyyə orqanlarından aldıqları sənədlər ilə aldadırlar. İnsanların çarəsizliyini fürsətə çevirən maklerlərin sonuncu qurbanı isə İran vətəndaşı oldu.


Minlərlə insan aldadılaraq neft mədəni ərazisində yaşamağa məhkum edilib - REPORTAJ


Suç cəzasız qalarsa...

Bu hadisədən bir neçə gün sonra Azər Cəbrayılov yenə mədən ərazisini zəbt etməyə cəhd edib. 602 nömrəli neft quyusunun yaxınlığında boş torpaq sahəsində iki mərtəbəli ev tikmək qərarına gəlib. Mühafizəçilərin müdaxiləsindən sonra o ərazidəki tikinti materiallarını, daş və qumu daşımağa, mühafizə zonasını boşaltmağa məcbur olub.

Bütün bu məlumatları oxuyandan sonra adamda sual yaranır, axı bu Azər Cəbrayılov kimdi ki, kefi istədiyi torpaq sahəsində tikinti apara bilir? İnsanları saxta sənədlərlə aldadıb pulunu almaq bu qədər asandırmı?


Minlərlə insan aldadılaraq neft mədəni ərazisində yaşamağa məhkum edilib - REPORTAJ


Ətrafda yaşayan insanlarla söhbətimizdən məlum oldu ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş Azər Cəbrayılov 2005-ci ildən Maştağa və Buzovnada mədən ərazilərini zəbt edib satmaqla məşğuldur. Bu ərazilərdə indiyə kimi 100-dən çox ev tikərək satıb. Məsələn, Maştağanın Çiləgər adlanan ərazisində “Bakı kafesi”nin arxasında bir küçədə neft sənayesinə aid torpaqlarda təxminən 13 ev inşa etdirib. Bu ərazilərdə elə yer var ki, Azər Cəbrayılov bir dalanda 25 ev tikib. Qanuna əsasən, neft quyularından minimum 300 metr məsafədə heç bir şəxsi tikinti işləri aparmaq olmaz, amma 1224 saylı neft quyusunun 30-35 metrliyində Azər Cəbrayılov 3 ev tikərək satıb. Hazırda da bir neçə ev və boş torpaq sahəsi mövcuddur ki, satmaq məqsədilə divarlarına telefon nömrələrini yazıb, yeni “qurbanlarını” gözləyir.

Minlərlə insan aldadılaraq neft mədəni ərazisində yaşamağa məhkum edilib - REPORTAJ


Sakinlərin dediyinə görə, Azər Cəbrayılovla mədən ərazilərinin mühafizəçiləri arasında bir neçə dəfə qarşıdurma yaranıb. Mühafizəçilər qanunsuz tikintini sökmək istəyərkən Azər dərhal Maştağa və Buzovnada yaşayan bir neçə narkomanı köməyə çağırır, onlar da gəlib mühafizəçiləri öldürməklə hədələyirlər.

Minlərlə insan aldadılaraq neft mədəni ərazisində yaşamağa məhkum edilib - REPORTAJ


Görünən odur ki, Azər Cəbrayılov və ətrafına topladığı maklerlər neft sənayesinə məxsus torpaqları ata malı kimi bölüşdürüb satmaqla məşğul olurlar. Onların bu qanunsuz əməllərinə isə illərdir polis və icra hakimiyyəti orqanlarının bəzi nümayəndələri tərəfindən göz yumulur.

Minlərlə insan aldadılaraq neft mədəni ərazisində yaşamağa məhkum edilib - REPORTAJ


Neft mədəni ərazilərini zəbt edən bu şəxslər tutduqları əmələ haqq qazandırmaq üçün imkansız ailələrə, evsiz-eşiksiz vətəndaşlarımıza ucuz qiymətə torpaq satıb ev tikdiklərini deyirlər. Lakin İran vətəndaşı ilə bağlı sonuncu fakt sübut etdi ki, bu şəxslər üçün fərqi yoxdur, azərbaycanlı yaxud əcnəbi, onlar üçün əsas məsələ neft mədəni ərazisində qurduqları “biznesdən” gəlir əldə etməkdir.

Qeyd edək ki, neft mədəni ərazilərində radiasiya fonu digər yerlərlə müqayisədə dəfələrlə yüksək olur. Bu da həmin ərazilərdə yaşayan imkansız ailələrin, xüsusilə uşaqların sağlamlığında ciddi fəsadlara yol açır. Bu cür yüksək radiasiyalı ərazilərdə uzun müddət yaşamaq insanda xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər.(baku.ws)

XeberTv.info


Minlərlə insan aldadılaraq neft mədəni ərazisində yaşamağa məhkum edilib - REPORTAJ

Digər xəbərlər

Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi
Azərbaycan-Türkiyə sərhədinin bağlanması xəbərinə SƏFİRLİKDƏN REAKSİYA
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
SHXÇDX-nin sabiq idarə rəisinin rüşvət alması ilə bağlı AÇIQLAMA
Karantin qaydalarını pozan Milli Məclisin sabiq əməkdaşı həbsdədir
Avtobus parkında bedbext hadisə yaralılar var!!!
Karantin rejiminə nəzarətin gücləndirilməsi qərara alındı
Heydər Əliyev Fondu deputatın müalicə xərclərini öz üzərinə götürdü
Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
Məktəblilərin tətil günləri nə vaxtdır? - Təhsil Nazirliyi açıqladı
İrəvanda Paşinyanın istefası tələbi ilə növbəti avtoyürüş -
Bakıda 32 yaşlı qadın özünü binadan atdı - VİDEO
13 türkiyəlini öldürən terrorçunun şəxsiyyəti açıqlandı - FOTOLAR
Mübariz Mənsimovun məhkəməsi təxirə salındı
Daha 3 rayon qazlaşdırılacaq
Mehriban Əliyeva Binədə yeni tikilən məktəbdə - Fotolar
“Azərbaycanda ən məntiqsiz, ən aferist, göz görə-görə camaatı dolayan...”
Zakir Həsənov qoşunların idarə olunması üzrə tapşırıqlar verdi
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Mətbuat Şurasının Ali Media Mükafatı kimlərə verilib ? — Maraqlı qaliblər, təzadlı məqamlar
Bu gündən etibarən bu qadağalar ləğv edilir
Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş
Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verdi
Suriyadan və Livandan Qarabağa gətirilən ermənilər yenidən Xankəndiyə qaytarılır?
Həbsdəki icra başçısının cinayət işində yeni detallar
NİYAMƏDDİN MUSAYEV HAQQINDA YALNIŞ XƏBƏR YAYILDI.
Qanı pulla satmaq olar?
DİM sədri: "Başqalarının yerlərini tutmayın"
Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək
BNA VÜSALI: Ona da vaxt çatıb...
{sape_links}{sape_article}