Son dəqiqə
15-09-2020, 09:11
730

Bu gün ölkədə bilik günüdür

Bu gün ölkədə bilik günüdür


Bu gündən ibtidai siniflər üçün tədris əyani formada başlayır.

Təhsil müəssisələrində dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilən qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.

Ümumi təhsil müəssisələrində əyani şəkildə Bilik günü keçirilməyəcək. Buna səbəb Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalara əsasən, təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməməsidir. Bilik günü onlayn qaydada baş tutacaq:

“Təhsil Nazirliyinin rəhbər işçiləri, təhsilverənlər və ekspertlər qoşularaq qısa təbriklərini çatdıracaqlar.

Ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilib”.

Məlumat üçün bildirək ki, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilir. Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85 044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin fəaliyyət göstərəcəyi gözlənilir. Yeni tədris ilində 1 216 96 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır.

Bundan başqa, yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib. İlk dərslər I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.

Eyni zamanda tədris ilinin ilk günündə Bakı və digər şəhər və rayonlarda yeni inşa olunmuş səkkiz məktəb istifadəyə veriləcək. Həmçinin beş gimnaziya və məktəb əsaslı təmir olunub, bu tədris ilindən etibarən şagirdlərin istifadəsinə veriləcək. Bundan əlavə, 14 rayonda daha 34 modul tipli məktəbdə şagirdlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti bu ilin mart ayının 3-dən ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması barədə qərar qəbul etmişdi.

XeberTv.info

Digər xəbərlər

Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
Prezident: “Guya Şuşa bizə elə-belə verilib"
Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Rayonlara gediş-gəlişdə qiymət artımı 50 faizi ötüb - VİDEO
Jurnalist Seymur Kazımov: "Təcili yardım gəlmədi... Və atam öldü"
Bulvarda intihar
DİN-dən XİN-ə: Xələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi oldu - DOSYE
"Qarabağ" artıq Sevilyadadir
Karantin rejimini pozanlar Bakıda həbs edildilər - Fotolar
Azərbaycanda "Analar Günü" təsis oluna bilər - EKSKLÜZİV
Prezident FHN əməkdaşlarını təltif etdi
Türkiyə Suriyanı hədələyir.
Diqqət: Bu gün saat 11:00-dan etibarən...
Ermənistan müharibədə itirdiyi polislərin sayını açıqladı
AZAL-da TƏFTİŞ: Cahangirin SONU ÇATIR?
Ramiz Mehdiyev seçkidə də uduzdu
“Disney” filmlərinin Rusiyada nümayişini qadağan etdi
Bakıda daha 3 məktəb koronavirusa görə distant tədrisə keçib
Bakıda gənc qız özünü hamamdan asdı
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi
DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Rusiya bütün gəmilərini cəmləşdirib, dənizdən hücuma hazırlaşır
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Messidən rekord, Vidaldan ardıcıl 8-ci çempionluq
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
“AAAF Park”da OĞURLUQ
Rus hərbçilərdən erməni sürücülərə XƏBƏRDARLIQ – Azərbaycan əsgərləri sizi saxlasa… - FOTO
Səudiyyəyə dəhşətli hücum: neft obyektləri vuruldu
Bu gün “Qarabağ” tarixi matça çıxır
{sape_links}{sape_article}