Son dəqiqə
21-09-2020, 21:44
765

Azərbaycanda yeni tədris ilində 95 şagird koronavirusa yoluxub - RƏSMİ

Azərbaycanda yeni tədris ilində 95 şagird koronavirusa yoluxub - RƏSMİ


Ümumi təhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair Təhsil Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir:

"Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir.

Respublika üzrə ümumi təhsil müəssisələrində bu günə olan məlumata əsasən, ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin (1, 26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı (müəllim, texniki heyət və rəhbər heyət) 65 460 nəfər olub.

Respublika ərazisində fəaliyyət göstərən məktəblərin binasına daxil olan bütün şəxslərin hərarəti yoxlanılır, 37.1-dən yuxarı olan şagirdlər və ya işçi heyəti məktəbə buraxılmır. 21 sentyabr 2020-ci il tarixində hərarəti 37.1-dən yuxarı olan şagird və işçi heyətinin sayı Bakı şəhərində 21, bölgələrdə isə 29 nəfər olub. Hərarəti yüksək olan şagird və işçi heyəti barədə tibb müəssisələrinə məlumat verilir, bu şəxslərin müvafiq qaydada test olunması nəzərdə tutulur.

21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməmişlər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olmuşlar.

Bu günə olan məlumata əsasən, koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimiin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır".

XeberTv.info

Digər xəbərlər

Mingəçevirdə Kür çayına tonlarla çirkab axıdılır: MUXTAR BABAYEVİN DAHA BİR DƏHŞƏTLİ "EKOTERROR"U İFŞA EDİLDİ -
"20 yaşdan aşağı insanlar ətrafa ölüm saçırlar, siqaret tüstüsü koronavirusa yoluxdurur"
Minsk Qrupu nə vaxt buraxılacaq?
Oqtay Şirəliyev bu Mərkəzin direktorunu İŞDƏN ÇIXARDI
Moskvada məcburi maska taxmaq rejimi ləğv edilir
Dəfnində iştiraka icazə verilən yaxın qohumlar kimlərdir? - RƏSMİ
Ağakərim oğluna toy etdi - VİDEO
Düşmən öz tanklarını atəşə tutdu: Ekipaj məhv edildi
Ermənilər Rusiya ilə “ittifaq dövləti” yaratmaq istəyirlər - Məqsəd Ermənistanı “sorosçulardan təmizləməkdir”
Yevlaxdan Xankəndinə dəmir yolu çəkiləcək
Ova getmək istəyənlərin nəzərinə: Qərar verildi
Rauf Vəliyevin komandasında dövlətin “yuyulan” milyonları... -
Qəbələ və Moskva arasında birbaşa hava əlaqəsi açılıb
Qərbi Kaspi Universitetində ƏCAİB SORĞU... - Nazirlik deyir, xəbərimiz yoxdur...
Magistraturaya qəbulda tələbələrə iki şans veriləcək
Rəsmi məzənnə açıqlandı
Xamenei: “Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır”
Əhaliyə qazla bağlı ŞAD XƏBƏR - VİDEO
Paşinyan İlham Əliyevlə görüşündən danışdı
Kömür mədənində qəza
"Bakı, Sumqayıt, Gəncəyə ermənilərin qaytarılması məsələsi qaldırılsa, razılıq verməliyik, çünki…"
Nazirliyin sabiq əməkdaşı həbs edildi
Bu gün Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib
Düşmənin SU-25 döyüş təyyarəsi necə məhv edildi? - General detalları açıqladı
"Sumqayıt Kimya Sənaye Parkı"-nin direktoru vəzifəsindən azad edilib.
10 yaşlı Nərminin öldürülməsi barədə anonim səs yazısı istintaqa təhvil verilib - AUDİO
Düşmənin taktiki PUA-sı məhv edildi
Daha bir kateqoriyadan olan şəxslər təhsil haqqından azad oluna bilər
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR?
Ağdaban qətliamından 32 il ötür
{sape_links}{sape_article}