Son dəqiqə
7-02-2021, 12:42
4 578

Ermənilər Rusiya ilə “ittifaq dövləti” yaratmaq istəyirlər - Məqsəd Ermənistanı “sorosçulardan təmizləməkdir”

Ermənilər Rusiya ilə “ittifaq dövləti” yaratmaq istəyirlər - Məqsəd Ermənistanı “sorosçulardan təmizləməkdir”


Ermənistanın ikinci Qarabağ müharibəsində kapitulyasiyasının ardınca baş nazir Nikol Paşinyanı devirmək üçün yaradılan müxalifət itttifaqının-“Vətənin xilası naminə hərəkat”ın bəzi üzvləri yeni hərəkat yaradıblar və ona yeni ad veriblər: “Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda”.

XeberTv.info erməni KİV-lərinə istinadən məlumat verir ki, bu hərəkata da keçmiş hakimiyyətin nümayəndələri başçılıq edirlər. Məsələn, Serj Sərkisyanın Respublika partiyasından keçmiş deputat Ayk Babuxanyan, bir əvvəl “Çiçəklənən Ermənistan” (indi bu söz birləşməsi Ermənistanda heç yerinə düşmür) partiyasından istefa vermiş “müstəqil” deputat Tiqran Urixanyan və digərləri.

Ermənilər Rusiya ilə “ittifaq dövləti” yaratmaq istəyirlər - Məqsəd Ermənistanı “sorosçulardan təmizləməkdir”


Yeni hərəkatın da gündəmi fərqli deyil: Paşinyanın istefasını tələb etmək. Amma Vazgen Manukyanın başçılıq etdiyi və bu vaxta qədər geniş xalq kütlələrini Paşinyana qarşı qaldırmaqda uğur qazana bilməyən hərəkatdan fərqli olaraq onlar həm də Rusiya ilə “yeni ittifaq” tələb edirlər. Hərəkatın Yeravan Opera və Balet Teatrında keçirilmiş təsis konfransında Babuxanyan deyib ki, onların hərəkatı apolitikdir: sadəcə olaraq “qaranlıqda işıq” axtarırlar və “güclü Ermənistanı Rusiya ilə birlikdə görürlər, Rusiya ilə yeni ittifaq istəyirlər”.

Çıxışlardan bəlli olub ki, hərəkat işirakçıları Rusiya ilə “ittifaq dövləti”nin yaradılmasını istəyirlər və Ermənistanı “sorosçulardan təmizləməyi” qarşıya məqsəd qoyublar.

Ermənilər Rusiya ilə “ittifaq dövləti” yaratmaq istəyirlər - Məqsəd Ermənistanı “sorosçulardan təmizləməkdir”


Maraqlıdır ki, hərəkatı “salamlamağa” Rusiyadan iki polkovnik də gəlib. Onlardan biri kazak hərəkatının polkovniki Andrey Jiqov, digəri “Rusiya qəhrəmanları ittifaqı”nın üzvü, istefada olan polkovnik Oleq Kryuqovdur.

Təsis yığıncağında habelə Krım respublikası xalq özünümüdafiə polkunun veteranları ittifaqı” adlı təşkilatdan Armen Martoyan da çıxış edib. O, həm də “Vahid Rusiya” partiyasının yerli təşkilatının siyasi şurasının üzvüdür. İştirakçılar arasında keçmiş baş nazir Qrant Baqratyan, Kəlbəcərdəki restoranı əldən getdiyinə görə göz yaşları tökən, bir vaxtlar Ağdamda dayanıb “Bakıya qədər gedəcəyik” deyə Azərbaycanı hədələyən “rejissor” Artak Zakaryan və Paşinyanı öldürməyə çağıran keçmiş səhra komandiri Vahan Çaxalyan da görünüb.(virtualaz.org)

Digər xəbərlər

Valideynlərin nəzərinə! İmtahan stresi uşaqlarda təhlükəli xəstəliyə səbəb olur
Sevinc Fətəliyevaya daha bir seçici etirazı: "Dəfələrlə qəbulunda olmuşuq..."-VİDEO
Xacmazda qanlı cinayət — QAYIN YEZNƏSİNİ GÜLLƏLƏDİ
Təcili yardım çağırışlarının gecikməsinin səbəbləri açıqlandı
Hikmət Hacıyev Ermənistana raket sistemlərinin daşınmasından yazdı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
“Eurohome” yanır
Xoş o kəsin halına ki, Bakı Beynəlxalq Avtovağzalında ADAMI VAR...
Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
DİN sosial şəbəkə istifadəçilərinə müraciət edib
Azərbaycanda fəhlə ölümcül xəsarət aldı
FHN Suqovuşan su anbarını mühafizəyə götürdü
“Semaşko”da müayinə aparatı işləmir
Bir kiçik zəlzələnin apardığı böyük pulları Kəmaləddin Heydərovun hansı şirkətləri “udub”
Göyçayda karantin qaydalarını pozan COVID-19 xəstəsinə cinayət işi açılıb
Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu
Allah belə bir gözəllik versə də... - İsmayıllıdan GİLEY
Füzulidə iki azərbaycanlı minaya düşdü
DİN-dən Qubad İbadoğlunun qızı ilə bağlı AÇIQLAMA
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri işdən qovuldu
PSJ-nin çempionluğu rəsmiləşdi - YENİLƏNİB
Yoluxanların sayı açıqlandı
Cahangir Əsgərovun xanımının yazışmaları üzə çıxdı
Türk əsgərlərinə dəhşətli hücumun əsl səbəbi bu imiş – ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Zəngilanın İkinci Ağalı kəndindən görüntülər - VİDEO
SON DƏQİQƏ! Elmar Məmmədyarov istefa verdi
Türkiyə hərbçiləri Naxçıvanda
Pelenin vəziyyəti yenidən pisləşib
Bakıda "Bazarstore" mağazasında güclü YANĞIN - VİDEO
Şəkinin giriş-çıxışına polis postu quruldu
{sape_links}{sape_article}