Son dəqiqə
Manset / Ölkə
3-11-2020, 09:18
1 482
Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu
Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Noyabrın 3-ü, saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
XeberTv.info