Son dəqiqə
13-08-2021, 10:49
2806

Cahangir Əsgərovun xanımının yazışmaları üzə çıxdı

Cahangir Əsgərovun xanımının yazışmaları üzə çıxdı

“İdeal” mağazalarının keçmiş sahibi İlqar İsmayılovun məhkəməsi davam edir. Həbsdə olan sahibkarın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.

Xəbərtv.info Azsiyaset.com-a istinadla xəbər verir ki, məhkəmə iclasında iş adamının vəkilləri İlhamə Həsənova, Rəşad Əliyev və Gülnar Quluzadə onun elektron poçt yazışmalarını təqdim edib.

Həmin yazışmalar İlqar İsmayılovla “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı, “İdeal”ın hazırkı rəhbəri olan, eyni zamanda, kosmetik məhsullar istehsal edən başqa iri şirkət “Gazelli Group”a rəhbərlik edən Zərifə Həmzəyeva arasında olub.

İlqar İsmayılov “İdeal Kompani”ni 1999-cu ildə təsis edib. 2011-ci ildə şirkətin 50 faizini Zərifə Həmzəyevaya satıb. Onun sözlərinə görə, daha sonra müxtəlif təzyiqlər yoluyla şirkətdəki 50 faizlik payının 25-ni də əlindən alıblar. Həmin vaxt direktor kimi “İdeal”da qalsa da, faktiki səlahiyyətləri yox idi. Faktiki rəhbərlik Zərifə Həmzəyevaya məxsus olub. Vəkillər vəsatətdə vurğulayıb ki, aralarındakı elektron poçt yazışmaları da bunu sübut edir.

Yazışmalarda İlqar İsmayılov Zərifə Həmzəyevaya 1 milyon xalis gəlir əldə olunması haqda hesabat verir.

Daha bir poçt məktubunda AZAL prezidentinin xanımı İlqar İsmayılova yazır ki, “kreditlə bağlı müsbət cavab var, bankda Elçinə yaxınlaşsın, sənədlər rəsmiləşdiriləcək. Bundan sonra onu məlumatlandırsın”.

İlqar İsmayılov iddia edir ki, Zərifə Həmzəyevanın təsisçisi olduğu “PremiumBank” İlqar İsmayılovun adına guya 5.000.000 manat pul vəsaiti ayrılması ilə bağlı saxta kredit müqaviləsi rəsmiləşdirilib. O bildirir ki, halbuki belə bir müqavilə olmayıb və bu pul vəsaiti ona verilməyib nə müqavilədə, nə məxaric sənədində imzası olmayıb və sonradan həmin saxta müqavilədən onu şirkətdəki payından məhrum etmək üçün istifadə ediblər.

Vəkillər əlavə edib ki, bu yazışmaların mənbəyi, mötəbərliyini araşdırmaq məqsədilə kompüteri də məhkəməyə təqdim etməyə hazırdılar.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti növbəti məhkəmə iclasında müzakirə edəcək. Növbəti məhkəmə iclası isə avqustun 23-də keçiriləcək.

İlqar İsmayılovun 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından imtina etməsi barədə sənədləri imzalayandan sonra həbsdən buraxılıb. Bu barədə dövlət orqanlarına şikayət etdiyinə, müsahibələr verdiyinə görə yenidən həbs olunub. O, başına gələnlərə görə AZAL prezidenti Cahangir Əsgərovu ittiham edir.

Zərifə Həmzəyevanın hüquqşünası və nümayəndəsi onunla bağlı deyilənlərə görə İlqar İsmayılovu böhtan atmaqda ittiham edərək, xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Lakin təxminən bir ay öncə Nəsimi rayon Məhkəməsi İlqar İsmayılovun təqsirsiz olması nəticəsinə gələrək, onun barəsində bəraət hökmü çıxarmışdı.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.

Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova  Qazaxıstan Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Göyçayda sahibkar intihar etdi
Ceyhun Bayramovun kənd məktəblərində yandırdığı odunların tüstüsü... - Kimləri kor edəcək?
Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO
Klublarımızın yay transfer siyahısı
Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib
Daha altı şəhər və dörd rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
Alimentə görə axtarışda olanların sayı açıqlandı - RƏSMİ
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır -
Ermənistanın dini rəhbəri öz xalqını ölümə göndərir
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
Kəramət Böyükçöl sərbəst buraxıldı
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Litva Ukraynaya dəyəri on milyonlarla avro olan silah göndərdi
Cəlilabadda bələdiyyəyə sığınan ÖZBAŞINALIQ -
lham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
Ceyhun Əli vəzifəsindən azad olundu - Yeni təyinat
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
Gələn il Azərbaycan “Cip” istehsalına başlayacaq
Erməni ordusunun alayı məhv edildi
İcra başçısının 800 min dollarlıq “Fayton” qalmaqalı — VİDEO
Yoluxanlarla bağlı bu günə olan statistika
MN “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”
Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu həbs edildi
Bu ərzaq məhsullarının qiyməti bahalaşıb
Erməni təcavüzü nəticəsində zərər görmüş evlərin sayı açıqlandı - FOTO
Kasilyas "Real Madrid"ə qayıtdı
Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR- Xəbər yeniləndi
Şəhid polkovnikimiz 200 erməni əsgərini məhv edibmiş
Prezident Şuşa uğrunda döyüşdən danışdı
{sape_links}{sape_article}