Son dəqiqə
Kriminal
26-09-2020, 08:53
765
Bakıda azyaşlını döyən şəxs buna müdaxilə edən iki qardaşı da beşbarmaqla döyüb
Bakının Nizami rayonunda 10 yaşlı uşağın döyüldüyünü görən şəxslər onu müdafiə etmək istəyərkən bıçaqlı müqavimətlə üzləşiblər.
Hadisə Cəmşid Naxçıvanski küçəsində baş verib.
34 yaşlı Nizami Abdullayev qardaşı - 30 yaşlı Nəsimi Abdullayevlə birgə idarə etdiyi avtomobildə hərəkətdə olan zaman yol kənarında təxminən 9-10 yaşlı uşağın naməlum kişi tərəfindən döyüldüyünü görüblər. Hər iki qardaş avtomobildən düşərək həmin şəxsin bu əməlinin qarşısını almaq istəyiblər. Bu zaman naməlum şəxs beşbarmaqla hər iki şəxsi döyüb. Daha sonra bıçaqla Nizami Abdullayevə xəsarətlər yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
XeberTv.info