Son dəqiqə
Ölkə
4-10-2020, 10:04
704
Goranboyda iki minik avtomobili toqquşub, 11 nəfər xəsarət alıb
Goranboyda iki minik avtomobili toqquşub.
Hadisə Zeyvə-Səfikürd avtomobil yolunda baş verib.
Qəza nəticəsində aralarında yeniyetmələr və 2016-cı il təvəllüdlü azyaşlı olmaqla 11 nəfər Zeyvə kənd sakini xəsarət alıb. Onlardan 1984-cü il təvəllüdlü Rzayeva Təhminə Vəli qızı və 1960-cı il təvəllüdlü Aslanova Ramiyə Nəzir qızına rayon xəstəxanasında lazımi tibbi yardım göstərilib, 2 nəfər rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XeberTv.info