Son dəqiqə
5-10-2020, 14:15
979

Baş Prokurorluq məlumat yaydı

Baş Prokurorluq məlumat yaydı


Baş Prokurorluq daha bir məlumat yayıb. Məlumatda bildirilir ki, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri 04.10.2020-ci il, saat 12 radələrində təcavüzkar hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Xızı rayonunun Türkoba kəndi və Abşeron rayonunun Pirişikül kəndinin yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 2 ədəd böyük dağıdıcı qüvvəyə malik uzunmənzilli ballistik raketlərdən istifadə edib həmin kəndlər istiqamətində intensiv atəşlər açmaqla Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılmaqla aparılmış və terrorçuluq cinayəti törədilib.

Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Baş Prokurorluq bəyan edir ki, erməni silahlı birləşmələri tərəfindən hərbi hədəfli obyektlərin vurulması adı ilə döyüş bölgəsindən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı ərazilərin və məntəqələrin ağır artilleriyadan atəşə tutularaq dinc əhaliyə qarşı cinayətlərin törədilməsinə görə Ermənistanın və işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejiminin kriminal hərbi-siyası rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

XeberTv.info

Digər xəbərlər

Dünya bazarında neft bahalaşıb
Rasim Məmmədov Ramiz Mehdiyevin oğlu və kürəkəninin şikayəti ilə həbs edilib
Ebolanın dərmanı koronavirusun da qarşısını ala bilər?
Qonşusunun 12 yaşlı qızına əxlaqsızlıq edəni doğulduğuna peşman etdilər - VİDEO
Minlərlə əcnəbi könüllü Ukraynanı müdafiə etməyə hazır olduğunu bildirib
Azərbaycan Ordusunun erməni postlarını darmadağın etdiyi görüntülər -
Xoş istirahətlər.
Murad Dadaşov Gənclər və idman naziri gətirilir
Belçikada həftədə 4 gün işləmək təklifi qəbul edildi
Kreml Çexiya, Bolqarıstan və Baltikyanı ölkələrin hərəkətlərinə dözmək niyyətində deyil
Həyətlərdəki quyuların suyu pullu olacaq?
Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq ölüb
Prezident Mehriban Əliyevanın Moskva səfərindən danışdı
“Zəfər yolu”nun istifadəyə veriləcəyi tarix açıqlandı
Türkiyəli ifaçı tətil üçün getdiyi oteldə intihar etdi
Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq
Mülki əhali arasında yaralananların sayı yenidən artıb
"Kəndə verilən suvarma suyu ilə balıq saxlayırlar..." -
ASTARA: Mədəniyyət Mərkəzi, yoxsa mədəniyyətsiz mərkəz? - VİDEO
Azərbaycanda turistlərlə bağlı yenilik olacaq
Metronun “8 Noyabr” stansiyasının görüntüləri - VİDEO
24 yaşlı porno ulduz yaşadığı evdə ölü tapıldı
Qazaxda 69 yaşlı kişi intihar edib
Azərbaycanda son sutkada 2091 nəfər COVID-19-dan sağalıb, 963 nəfər yoluxub
Məşhur gitaraçı Nofel Süleymanovu öldürən oğlu, bu maddə ilə ittiham olunur
İlham Əliyev: “Sülhməramlılar mərkəzində Rusiya və Türkiyə zabitləri  fəaliyyət göstərəcək”
Deputatlığa namizəd İmamveridi İsmayılovla bağlı ŞOK MƏLUMATLAR YAYILDI
Düşmən aciz vəziyyətdədir: Xankəndindəki xəstəxana yaralılarla doludur
FHN koronavirusdan qorunmağın yollarını göstərdi
{sape_links}{sape_article}