Son dəqiqə
Aktual
8-10-2020, 10:57
1 387
Ermənistanın kamikadze-dronu dəqiq zərbə ilə məhv edildi
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Ermənistanın kamikadze dronu vasitəsilə Azərbaycanın mülki əhalisinə hücum etmək cəhdi barədə paylaşım edi:.
“Ermənistanın kamikadze dronu hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən uğurla məhv edilib. Dron mülki əhalinin yaşadığı ərazinin üzərində uçurdu. Çox sayda mülki əhalinin həyatına təhlükə aradan qaldırıldı. Ermənistanın dövlət terroru davam edir. Sülhə məcbur etmə əməliyyatı Ermənistan dayandırılana qədər davam etməlidir”.
XeberTv.info