Son dəqiqə
Dünya
25-10-2020, 08:01
777
“Samsung”un rəhbəri dünyansını dəyişdi
“Samsung”un rəhbəri Li Qon Hi bazar günü Seul xəstəxanasında dünyasını dəyişib.
XeberTv.info “Yonhap” agentliyinə istinadən bildirir ki , Li Qon Hi 2014-cü ildə keçirdiyi ürəktutmadan sonra ağır xəstə idi. Onun 78 yaşı var idi.
Qeyd edək ki, Li Qon Hi “Samsung Group”a 1987-ci ildən sədrlik edirdi. 2016-cı ildə o, “Forbes” jurnalı tərəfindən Cənubi Koreyanın ən zəngin insanı adlandırılmışdı. Nəşrin qiymətləndirməsinə görə, 2020-ci ilin oktyabrında onun sərvəti 20,9 milyard dollar təşkil edirdi.