Son dəqiqə
Ölkə
4-11-2020, 10:07
1 759
Abşeronda kişinin üzərinə daş hasar aşdı
Abşeron rayonunun Mehdiabad qəsəbəsində bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.
Hadisə Yeni Massivdə qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Babayev Valeh Xanoğlan oğlu küçə ilə hərəkət edərkən fərdi yaşayış evinin daş hasarı uçub. V.Babayev daş hasarın altında qalıb.
O, xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, V.Babayev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.
XeberTv.info