Son dəqiqə
Kriminal
11-11-2020, 09:15
5 229
Bakıda kişini gicgahından bıçaqladılar
Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.
Hadisə Xəlil Rza Ulutürk küçəsində baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Həsənov Rafiq Həsən oğlu küçədə naməlum şəxslə əlbəyaxa dava edib.
Dava R.Həsənovun bıçaqlanması ilə yekunlaşıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına çatdırılıb. O, başının gicgah nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.
XeberTv.info