Son dəqiqə
Dünya
2-01-2021, 07:18
4 879
İzmirdə yenidən zəlzələ oldu
Türkiyənin İzmir vilayətində zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.
Qeyd edilir ki, yeraltı təkanlar Urla rayonunda yerli vaxtla saat 05:25-də 4 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 6,84 kilometr dərinlikdə, yeraltı təkanların episentri Urladan 19,49 kilometr məsafədə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
XeberTv.info