Son dəqiqə
12-01-2021, 11:05
2 272

Bir ailədən müharibəyə gedən 5 nəfər mayor - FOTOLAR

Bir ailədən müharibəyə gedən 5 nəfər mayor - FOTOLAR


44 günlük Vətən müharibəsinə ailəliklə qatılan soyadlardan biri də Həşimovlardır. Lənkəran rayonunun Boladı kəndindən olan bu ailənin beş üzvünün qələbədə payı var.

Birinci Qarabağ müharibəsində də iştirak edən Fikrət və Araz Həşimovlara Vətən müharibəsində qardaşı oğlanları Qalib, Alim və Taleh Həşimovlar da qoşulub. Həşimovların 4-ü hərbi təyyarəçidir, 1-i isə Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə sistemində xidmət edib.

XeberTv.info bildirir ki, bu barədə “Qafqazinfo”ya ailə üzvlərini ön cəbhəyə yola salan Mirəsgər Həşimov danışıb:

“İki qardaşım, üç oğlum milli ordumuzun zabitləridir, hər biri mayor rütbəsindədir. Qardaşlarım Araz və Fikrət Perm Hərbi Aviasiya Məktəbini bitiriblər. Oğlanlarım da əmilərinə baxıb təyyarəçilik peşəsini seçiblər. Onlar hələ uşaq ikən göydə uçan təyyarələrə maraqla baxırdılar, deyirdilər ki, Fikrət və ya Araz əmi uçur. Biz də böyüyüb təyyarə sürəcəyik. Mən onların qarşısını kəsmədim. Dedim əgər təyyarəçi olmaq istəyirsinizsə, gedin olun. Əgər Vətənə onlardan bir xeyir gələrsə, niyə də olmasın? Qardaşlarım yük təyyarəsi sürüblər və müharibədə ordunun təminatında iştirak ediblər. Oğlanlarım Qalib və Taleh qırıcı təyyarə pilotlarıdır. Alim isə Hava Hücumundan Müdafiə sistemində xidmət edir. Ölkəyə düşmən tərəfindən atılan raketlərin zərərsizləşdirilməsində onun böyük rolu olub”.

Fotoda: Taleh Həşimov


Bir ailədən müharibəyə gedən 5 nəfər mayor - FOTOLAR


Mirəsgər Həşimov deyir ki, hər 3 oğlu Heydər Əliyev adına Hərbi Təyyarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Akademiyada öyrəndikləri və təcrübələri onlara döyüşdə böyük uğur qazandırıb. Taleh Həşimov “Azərbaycan bayrağı” ordeni və Suqovuşan, Kəlbəcər və Cəbrayılın azadlığı uğrunda medalları ilə təltif olunub. Araz Həşimov da xidmətlərinə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalına layiq görülüb.

Onların döyüşdə qazandıqları nailiyyətlərdə həm də Vətənə olan sonsuz sevgilərinin payı var. Qalib əsgərləri Boladı kənd əhalisi böyük təntənə ilə qarşılayıb:

“Mən bu qalibiyyətə çox sevinirdim. Bunu sözlə ifadə etmək çətindir. Taleh “Azərbaycan bayrağı” ordeninə layiq görülmüşdü. Onun düşmənin məhv edilməsində böyük rolu olub. Prezident də onun şücaətini qiymətləndirib. Ona bir neçə günlük məzuniyyət vermişdilər və kəndə gəlmişdi. İnanın, heç bir dəqiqə istirahət edə bilmədi, hamı onu ziyarətə gəlirdi. Zarafatla deyirdi ki, müharibə bundan rahat idi. Ümumiyyətlə, Həşimovları rayon, kənd elə təntənə ilə qarşıladı ki, bundan qürur keçirməmək mümkün deyil. Şəhidlərimiz oldu, kəndimiz də 3 şəhid verdi. Allah onların hər birinə rəhmət eləsin. Mən fəxr edirəm ki, mənim oğullarımın, qardaşlarımın da şəhidlərin qanının yerdə qalmamasında rolu oldu”.

Araz Həşimov


Bir ailədən müharibəyə gedən 5 nəfər mayor - FOTOLAR


Fikrət Həşimov


Bir ailədən müharibəyə gedən 5 nəfər mayor - FOTOLAR


Qalib Həşimov


Bir ailədən müharibəyə gedən 5 nəfər mayor - FOTOLAR


Alim Həşimov


Bir ailədən müharibəyə gedən 5 nəfər mayor - FOTOLAR


XeberTv.info

Digər xəbərlər

Azərbaycan nefti bahalaşdı
Azərbaycanda bu il "Bitcoin" səfirliyi açılacaq
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı
Ermənilər Şurnuxunu da yandırırlar
Gömrük sistemimizdə "KORONA TƏHLÜKƏSİ"... - Səfər Mehdiyevin idarəsi ƏN ZƏİF BƏNDDİR...
Yoluxanların sayı açıqlandı
Türkiyədə azərbaycanlı qadın bıçaqlandı
MN: Tovuz istiqamətində döyüş əməliyyatları davam edir, bir hərbçimiz şəhid olub
“Bakı Marafonu”nun qalibi uqandalı oldu - Maraqlı anlar fotolarda
Vahid Ələkbərov Rusiyada sərvəti artan milyarderlər siyahısında ilk yerdə
Bakıda it qadını sürüdü..
Fərman İsmayılovun öldürülmə anı - VİDEO
Televizora yaxından baxmaq kor etmir — Səhv bildiyimiz 5 məlumat
Hərbçi formasında azad edilən ərazilərə girmək istədilər, saxlanıldılar
"Dəniz Qüdrət" Qurbanov və Həbib Həsənov da yola salınır
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi”
Türkiyə MN: Azərbaycanla birgə keçirilən “TurAz Şahini-2021” təlimləri uğurla başa çatıb
Mikayıl İsmayılovun zavodu` İFLAS HƏDDİNDƏ...
Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü - TAM MƏTN
“TikTok”da “kreditə qızıl sataraq” vətəndaşları talayan dəstə üzvləri saxlanılıblar -
Bəhram Bağırzadə vaksinasiyadan yazdı: “Düşünün və düzgün seçim edin”
Son sutkada COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
BMT Azərbaycandan yardım istədi
Kəlbəcər əhalisinin sayı açıqlanıb
Zəngilanın Vəliqulubəyli kəndindən görüntülər - VİDEO
21 yaşlı norveçli İngiltərə Premyer Liqasında ən çox qazanan futbolçu olacaq
Zelenski içkili halda xalqa müraciət etdi -
Azərbaycanın bəzi ictimai-siyasi xadimləri Rusiyaya xidmət edir? - DTX-dən açıqlama
Hesablama Palatası: Ötən il 75 milyon manatlıq səmərəsiz xərc aşkarlanıb
Polis Bərdədə əməliyyat keçirdi, 11 nəfər saxlanıldı - VİDEO
{sape_links}{sape_article}