Son dəqiqə
14-05-2019, 16:34
873

Bakının bu hissəsindəki ağaclar köçürüləcək

Bakının bu hissəsindəki ağaclar köçürüləcək



Hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır ki, bu da adambaşına altı kvadrat metr təşkil edir.

Beş.az məlumatına görə, bunu Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində son illər ərzində davam edən irihəcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrinin qorunmasına və yaşıllıqların genişləndirilməsinə kəskin ehtiyac yaradıb:

“Ona görə də yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi hallarının olması yolverilməzdir.

ETSN birmənalı olaraq belə hallara qarşıdır. Dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələr həyata keçirildikdə, qurumuş, təhlükə yaradan və xəstə ağaclardan başqa, ağac kəsilməsi qaydalara ziddir”.

İdarə rəisi qeyd edib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar çərçivəsində ağacların köçürülməsi dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda mümkündür.

Qeyd edim ki, bu günlərdə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda Şəfaət Mehdiyev küçəsinin Hüseyn Cavid prospektindən Əbdürrəhmanbəy Haqverdiyev küçəsinədək olan hissəsində yolun genişləndirilməsi üçün tikinti altına düşən ağacların köçürülməsinə müvafiq rəyin verilməsi ilə bağlı bizə müraciət daxil olub.

ETSN-nin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, 151 ağac və kol bitkisinin yol tikintisi altına düşdüyü müəyyən edilib.

Layihənin dövlət əhəmiyyəti və yol infrastrukturunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na müvafiq olaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə birlikdə münbit ərazilərə köçürülməsinə rəy verilib”.

Digər xəbərlər

Cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib
Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti – işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Bakıda planlaşdırılan terrorda İran izləri -
MEDİA saytlar üçün müsabiqə elan etdi
“Bu pulun mənbəyi haradan gəlir?” – Ayanın Türkiyədəki BİZNESİ
Məktəblilərin tətil günləri dəyişdirildi
Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlandı
Bakı şəhərində bu ilin 9 ayı üzrə yol qəzalarında 131 nəfər ölüb
“Qalatasaray” bu futbolçuları Bakıya gətirmir — SİYAHI
Səmayə Məmmədova: "Azad Rəhimovun vəziyyəti çox ağırdır"
Türkiyə XİN-dən Qarabağda atəşkəslə bağlı BƏYANAT
Suriyanın Xarici İşlər naziri vəfat etdi
İcra başçısı və vəzifəli şəxslər koronavirusun ağır sindiromuna yoluxdu
Həmyerlimiz Qazaxıstanda deputat oldu
Nazir: "190 manatın artırılması məsələsini hökumətlə müzakirə edəcəyik"
Qanunsuz yolla Suqovuşana getmək istəyənlər saxlanıldı - FOTO
Qırğızıstan MSK seçki nəticələrini etibarsız saydı
Zakir Həsənova yeni müavin TƏYİN OLUNDU
Leyla Abdullayeva Parisdə erməni tərəfi faktlarla susdurdu
Dünyanın ən varlı qadını o hesab olunur
Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub
Azərbaycanın işğaldan azad olunan ərazilərinə polis şöbələri köçürülür
Siyavuş Novruzov: “Qələbə münasibətiylə həbsxanada qadınlar qalmasın”
Azərbaycanda bu günə koronavirusa yoluxmada rekord azalma olub
İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib
Hicablı qadının bu görüntüləri hər kəsin hiddətinə səbəb oldu - video
Quyuya düşüb öldü.
Şarl Mişel Kiyevdə Zelenski ilə görüşüb -
Azərbaycanda bələdiyyə sədri qumar oynadığına görə CƏRİMƏLƏNDİ
{sape_links}{sape_article}