Son dəqiqə
1-02-2021, 18:33
6 377

Prezident FHN və DSX rəislərini də tənqid etdi

Prezident FHN və DSX rəislərini də tənqid etdi


Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə yüksək çinli məmurların Şuaşaya maraq salmasından da danışıb.

Dövlət başçısı müsahibəsində Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovu və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi sərt tənqid edib:

"Bilirsiniz, belə ziyanlı fikirlər bu adamların beyninə gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətinin Şuşa zastavasınıda yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin".

XeberTv.info

Digər xəbərlər

Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb
Cəbrayılın Şıxalıağalı kəndindən görüntülər - VİDEO
Messiyə 500 milyon avroluq fantastik təklif
Luiz Suarez "Barselona" ilə vidalaşdı
Hərbi Hava Qüvvələrimiz gecə təlimləri həyata keçirdi - VİDEO
Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.
Azərbaycanda vəzifəli şəxsdən “unikal” pul mənimsəmə üsulları: Cinayət işi açıldı, məhkəməlik oldu
Bügün dəyərli Bəstakarımızın doğum günüdür
Konfrans Liqası: Musa Qurbanlı İsveç klubunun start heyətində
Siraqəddin Cabbarovun Hacı İbrahim sevgisi... - Ümid Ali Məhkəməyə qalıb...
Prezident “Yüksəliş” müsabiqəsi üçün 1 milyon pul ayırdı
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoru töhmət aldı
Yunis Hüseynov istefa verdi
Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi
Medianın İnkişafı Agentliyində görüş keçirilib - Fotolar
Xarici İşlər Nazirliyində struktur dəyişikliyi edilib
Daha iki kanalın yayımı dayandırılacaq
Ermənistan 1990-cı ilin yanvar hadisələri ilə bağlı uydurma təbliğat aparır - XİN
Fərəc Quliyev həbs oluna bilər – prokurorluğa müraciət edildi
Bu gün deputatlar 18 məsələ üçün toplaşır
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Son sutkada daha 17 nəfər koronavirusa yoluxub
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Sabah qar yağacaq
Şamaxıda 9 yaşlı uşaq göldə batdı
Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
Bu gün onlar rəsmən deputat sayılacaq
Qızını döyməsi ilə bağlı ittihamlara cavab verdi
{sape_links}{sape_article}