Son dəqiqə
3-02-2020, 13:09
481

Fərəc Quliyev həbs oluna bilər – prokurorluğa müraciət edildi

Fərəc Quliyev həbs oluna bilər – prokurorluğa müraciət edildi

Deputat Fərəc Quliyevdən Mərkəzi Seçki Komissiyasına (MSK) və Baş Prokurorluğa şikayət edilib. Şikayətçi 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd blogger Mehman Hüseynovdur.
Blogger Yenisabah.az-a bildirib ki, şikayətin səbəbi Fərəc Quliyevin ona namizədliyini geri götürmək üçün rüşvət təklif etməsidir.

31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürən Fərəc Quliyev Mehman Hüseynovla görüşərək namizədliyini onun xeyrinə götürməsi üçün bloggerə şirnikləndirici təkliflər edib. Mehman Hüseynov deputatla olan danışığını ictimailəşdirib.

Blogger hesab edir ki, bu faktdan sonra Fərəc Quliyevin namizədliyi ləğv edilməlidir. “Məsələ təkcə bununla bitmir. Fərəc Quliyev faktiki olara mənə rüşvət təklif edib. Əgər mənə təklif edibsə, deməli, dairə və məntəqə seçki komissiyalarının üzvlərinə də edə bilər. Bu baxımdan, mən yalnız Mərkəzi Seçki Komissiyasına şikayət etməklə kifayətlənməyərək Baş Prokurorluğa da müraciət etmişəm”, - deyə Mehman Hüseynov bildirib.

Bloggerin sözlərinə görə, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürən digər şəxslər də MSK-ya şikayət hazırlayır.

Bəs, Fərəc Quliyevin namizədliyi ləğv edilə bilərmi?

Seçki mütəxəssisi Bəşir Süleymanlı Yenisabah.az-a deyib ki, əslində qeydə alınmış namizədin namizədliyinin ləğv olunması ilə bağlı bir neçə hüquqi prosedur olmalıdır: “Əvvəlcə namizədin yol verdiyi pozuntuda cinayət əməli varsa, bu barədə hüquq-mühafizə orqanları araşdırma aparmalıdır və məhkəməyə müraciət edilməldir. Bu halda Cinayət Məcəlləsinin 312-1.2 maddəyə görə “Şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi— cinayət əməli hesab edilir və iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin 308-ci maddə “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: -''dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər'';

Mərkəzi Seçki Komissiyası da namizədin yol verdiyi pozutularla bağlı məhkəməyə müraciət edə bilər. Seçki Məcəlləsinin 113 və 114-cu maddəsi əsas verir ki, Mərkəzi Seçki Komissiyası bu halda müvafiq məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etsin. Məcəlləyə görə yalnız məhkəmə qərarı qüvvəyə mindikdə namizədin qeydiyatı ləğv edilə və ya Məhkəmə bu Məcəllənin 113.2.3-cü maddəsində göstərilən pozuntuların olduğunu müəyyənləşdirərkən həmin pozuntuların seçicilərin iradəsini düzgün müəyyənləşdirməyə imkan vermədiyini hesab edərsə, seçkilərin (referendumun) yekunları haqqında müvafiq seçki komissiyasının qərarını ləğv edə bilər. Bu halda seçilmiş namizədin səlahiyyətləri itirilmiş hesab edilir”.

Konkret olaraq Fərəc Quliyevlə Mehman Hüseynovun məsələsinə gəlincə, Bəşir Süleymanlı bildirib ki, bununla bağlı həm hüquq mühaifzə orqanlarına, həm də MSK-ya şikayət edilə bilər. “Əgər fakt özünü doğrultsa və Fərəc Quliyevlə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olsa, MSK həmin seçki dairəsinin nəticələrini etibarsız hesab etməlidir və orda təkrar seçki keçirilməlidir”, - deyə Bəşir Süleymanlı qeyd edib.

Digər xəbərlər

Zakir Qaralovla bağlı ŞOK İDDİALAR...
Müğənni Aygün Mirzəyevanı oteldə öldürmək istəyən kişiyə hökm oxundu
Bu il Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr açıqlanıb - FOTO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Müdafiə Nazirliyinin rəsmisi: “Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir”
Popkorn satan gənc özünə yeni iş tapdı
Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sisteminin 80 faizi məhv edilib
Ələt-Astara yolunun bu hissəsi pullu olacaq
Azərbaycanda çörəyin və unun bahalaşması gözlənilirmi? - ŞƏRH
Korovanirusa görə Azərbaycan basketbol liqası da dayandırıldı
Ermənilər ölkəni tərk etmək üçün aclıq aksiyasına başladı
Azərbaycanda yüksək vəzifəli şəxsdə koronavirus aşkarlandı
Məşhur model tualetdə özünü asdı - Son mesajı ÜZƏ ÇIXDI - VİDEO - FOTO
Əhalinin yarıdan çoxu məhkəmələrə və icra başçılarına etibar etmir – RƏSMİ
“The Middle East Monitor”: “İnqilab Keşikçiləri Korpusu Azərbaycanda “Hüseynçilər” hərəkatı yaradıb...”
DYP-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Xankəndidə separatçılığı təbliğ edən erməniəsilli şəxslə bağlı cinayət işi başlanılıb
Anar: "İradəni şou-biznesə mən gətirmişəm"
Xocavəndin işğaldan azad olunan Domi kəndindən VİDEOREPORTAJ
Müharibə veteranlarının müavinətləri BU QƏDƏR olacaq! - VİDEO
Türkiyədə son sutkada koronavirusdan 95 nəfər ölüb
Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: “Qadın yazmışdı ki, çoxdan ayrılıblar”  - VİDEO
Beynəlxalq səyahətçiləri Qarabağa aparan təyyarə Füzuli aeroportuna endi
Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur
Bakıda müəllimə intihar edib - FOTO
Düşmənin daha bir PUA-sı Ağcabədi istiqamətində məhv edildi
Kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldı
Hafiz Hacıyev icra başçısı olan qohumu haqda: "Qələt edib deyir ki, guya kirayədə qalır..."
Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər
Serj Sarkisyanın arvadı koronavirusdan öldü
{sape_links}{sape_article}