Son dəqiqə
5-02-2021, 09:37
4 534

Şəhid ailələrinə verilən təqaüd xanımına, yoxsa valideynə düşür?

Şəhid ailələrinə verilən təqaüd xanımına, yoxsa valideynə düşür?


Azərbaycanda zaman-zaman sosial şəbəkələrdə və mediada şəhid ailələrinin daxilində yaşanan məişət problemləri gündəmə gəlir. Əsasən də şəhidin həyat yoldaşı və valideynləri arasında ailədaxili gərginliklər artır. Prosesdə bəzi hallarda şəhidin bacı və ya qardaşları da iştirak edir.

Məsələyə ümumi yanaşdıqda şəhid ailələrində yaşanan və ictimailəşdirilən bu cür problemlər birmənalı qarşılanmır. Ancaq reallıqda isə məsələnin daha çox şəhidə ölümündən sonra verilən bir sıra maddi imtiyazlara bağlı olduğu gerçəyi ortaya çıxır. Valideynlərin bəziləri övladına verilən imtiyazın onlara çatmalı olduğunu, şəhidin həyat yoldaşı isə ona verilməli olduğunu qeyd edir. Beləliklə də, məsələlər böyüyərək sonunda böyük problemlərin yaranmasına gətirib çıxarır.

XeberTv.info bildirir ki, "Qafqazinfo" bu kimi məqamlarda məsələnin hüquqi tərəfinin necə olduğunu, imtiyazların kimə ödənilməli olduğunu araşdırıb. Bu məqsədlə də Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxladıq.

O qeyd edib ki, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü şəhidin ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir: "Yəni, bu təqaüd şəhidin qanunla müəyyən edilmiş ailə üzvləri arasında bölünməklə verilir. Şəhidin ailə üzvləri isə qanunla aşağıdakılar müəyyən edilmişdir: Şəhidin arvadı (rəsmi nikahı olan), valideynləri,18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarıdır".

Şəhid ailələrində yaranan bu cür problemlərlə praktikada tez-tez rastlaşan QHT sədri Kəmalə Ağazadə isə bildirib ki, sözügedən ailələr xüsusi olaraq formalaşdırılmış, yetişdirilmiş təbəqə deyil: "Onlar da məişət problemləri yaşayan, həssas, münaqişəli ailələrdir. İnsanın həyat yoldaşı şəhid olandan sonra ailədə gərginliklər bir az daha artır. Ailə üzvləri arasında bir-birinə olan qıcıq münasibətlər formalaşır. Əlbəttə ki bu məsələnin maddi tərəfi də var. Bəzən olur ki, şəhidin həyat yoldaşına vəsaitlər ödənilir. Sonra onun anası, bacısı,qardaşı deyir ki bu vəsaitlər onlara da verilməlidir. Artıq bir neçə dəfə valideynlərlə gəlin, baldızla gəlin, bacı-qardaş arasında belə münaqişələr baş verib. Hər şey də gəlib vəsaitlərin güzəştlərin üzərində formalaşır ki sonda da bərbad bir tabloyla rastlaşırsan. Biz şəhidi ideallaşdırırıq. Çünki o bizim uğurumuzda, Vətən uğrunda döyüşərək şəhid olub. Ancaq onların ailələri elə tipik ailələrdir. Nəticədə də bu cür problemlər yaşayır. İmtiyazlar isə şəhidin ailəsi, uşaqları varsa onlara düşür. Heç kim məsələnin psixoloji aspektlərinə yaxın getmir. Halbuki şəhid ailələri və qazilərin psixoloji problemləri çoxdur".

Digər xəbərlər

Necə olur ki, yardım ala bilməyənlərin sayı əhalinin sayından çox olur? (TƏHLİL)
BDYPİ- də rüşvət tüğyan edir
Prezidentin çağırışından sonra minlərlə gənc səfərbərlik üçün qeydiyyata alınır
TƏBİB: Karantin rejimi yenidən sərtləşdirilə bilər
Cəbrayıl şəhərində komendant rejimini pozanlar saxlanıldı
Vətən müharibəsinin ilk günü itkin düşən Orxan...
Türkiyədə iki ailənin qan davası 6 nəfərin ölümünə səbəb oldu
Nuşirəvan Səfərovun yerinə yeni rəis təyin edildi
Çində otel çökdü: Ölənlər və dağıntılar altında qalanlar var
Minlərlə şəhid ailələri üzvlərinə təqaüd, pensiya və müavinət təyin edildi - RƏSMİ
Ermənistan növbəti dəfə razılaşmanı kobud surətdə pozdu
Günün qoroskopu -  20.12.2019
Hikmət Hacıyev Paşinyanın "Münaqişənin diplomatik həlli yoxdur” fikrinə münasibət bildirdi
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Gömrük ölkəyə avtomobil gətirənləri belə soyur - Talan mexanizminin izahı
Azərbaycanda koronavirusa yoluxma sayı artır
Lavrovun Bakıdan aparacağı əsas mesaj – “İtinizə yiyə durun!..”
Zəngilan rayonundan görüntülər - VİDEO
Azərbaycanda son sutkada 4211 nəfər COVID-19-dan sağalıb, 2372 nəfər yoluxub
Putindən dünyaya mesaj: '' Virusun yayılmasını dayandırdıq! ''
Rasim Məmmədovun vəkilindən açıqlama
Prokurorluq Azərbaycanda xəstəxana direktorunun cinayət əməlləri barədə məlumat yayıb
Məhkəmə Qubad İbadoğlu barəsində qərar verdi
Toy günü RƏZALƏT YAŞANDI - VIDEO
Azərbaycan nefti bahalaşdı
Baş Prokurorluqdan Eldar Həsənovun cinayət işi ilə bağlı AÇIQLAMA
İstanbulda saxlanılan “Mübariz İbrahimov” gəmisinin heyət üzvlərinin qida ehtiyatı tükənir
Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik
Əli Həsənovun “qumar çetesi” – QUMARBAZLAR ARASINDA TANINMIŞ GENERALLAR KİMLƏRDİR?(ŞOK GƏLİŞMƏ)
Nazir özünə yeni müşavir təyin etdi - FOTO
{sape_links}{sape_article}