Son dəqiqə
Dünya
19-02-2021, 09:00
3 591
Amerikada 93 yaşlı nənə nəvələrindən 19 milyon dollar təzminat aldı
ABŞ-ın Florida ştatında yaşayan 93 yaşlı Beverli Şottenstin iki nəvəsini məhkəməyə verərək 19 milyon dollar məbləğində təzminat alıb.
XeberTv.info “Bloomberg”ə istinadən məlumat verir ki, nənə nəvələrini onun pensiya kapitalından düzgün istifadə etməməkdə günahlandırıb.
Məhkəmə əlavə gəlir qazanmaq məqsədilə “JPMorgan Chase” bankında çalışan Evan və Avi Şottenstinlərin nənələrinin icazəsi olmadan onun vəsaiti ilə müxtəlif maliyyə əməliyyatları həyata keçirmələrini təsdiqləyib. Yaşlı xanımın vəkilləri məhkəmədən 69 milyon dollar təzminat tələb etsələr də, hakim bu məbləği 19 milyon dollaradək azaldıb.