Son dəqiqə
20-02-2021, 16:25
4 842

“28 ildir yataqxanalarda xəstə düşən köçkünlərin naləsi yerdə qalmadı” – Əli Həsənovu bitirən səbəblər

“28 ildir yataqxanalarda xəstə düşən köçkünlərin naləsi yerdə qalmadı” – Əli Həsənovu bitirən səbəblər


“Bir dəfə Tiblisi prospektində yerləşən yataqxanadakı köçkünlərin bərbad şəraitindən yazı hazırlamağa getmişdim. Köçkünlər həyəcanla dedi ki, yataqxananın yaxınlığındakı şosse yoldan ağır tonnajlı yük maşını keçəndə binamız silkələnir. İnanmadığım üçün həmin gün səhərdən axşama qədər vaxtımı orda keçirdim. 3 dəfə ağır tonnajlı yük maşınları kecdi. Həmin vaxt mən 7-ci mərtəbədəydim. Bina sanki 3 bal gücündə zəlzələ olmuş kimi silkələnirdi”.

Bu fikirləri özünün şəxsi Facebook səhifəsində jurnalist Əntiqə Rəşid yazıb. Jurnalist bina silkələnən zaman çox qorxduğunu gizlətməyib: “9 mərtəbəli binanın hər mərtəbəsində 30 otaq, hər otaqda bir ailə yerləşirdi. Həmçinin binanın həyətində kustar yolla tikilmiş daxmaların faciəsini də bura əlavə edin. Qorxunc mənzərə..Sakinlər söylədi ki, binanın girişindən icəri daxil olan yerdə qəflətən dərin quyu da əmələ gəldi. Sakinlərin qəpik-qəpik topladığı pulla həmin oyuğa bir kamaz torpaq töküldü ki, uşaqlar ora düşüb, zirzəmidəki çirkab gölməçədə boğulmasınlar”.

Əntiqə Rəşid onu da əlavə edib ki, adıçəkilən bina Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir addımlığında yerləşib: “Qurumun keçmiş sədri, baş nazirin sabiq müavini Əli Həsənov elə bilirdi ki, həmin binada yaşayan, mövcud şəraitdən xəstə düşən, həyatlarını itirən köçkünlərin ahı onu rahat buraxacaq. Bu “məsum” sifət qocaya qaçqın və məcburi köçkünlərin mənzillərini, kommunal xidmətlərə görə ödənişlərini mənimsədiyinə görə aylar öncə təhqiqat başlanıb. Təhqiqat və araşdırmalar nəticəsində 2 milyard manata yaxın dövlət vəsaiti və xarici yardımların mənimsənilməsinə dair dəlillər aşkarlanıb. Əli Həsənov bu dəlillərlə bağlı dindirilməyə cəlb olunub. Onun qısa müddətdə 15 milyon manata yaxın vəsaiti geri qaytardığı, lakin istintaqın dayandırılmadığı qeyd olunur. 15 milyonu yeyən və doymayan, yenidən biçarə insanların haqqına girən, “Dövlətin verdiyi 36 manat müavinət böyük puldu ha, alan kimi bazara qacma..” -deyən eks Qaçqınkom haqqın bir gün, bu formada qarşısına çıxacağını bilmirdimi”?

“Xarici avtomobil kolleksiyası olan, 2 nəfəri öldürüb, 3 nəfəri şikəst etsə də, 6 aydan sonra türmədən çıxan ərköyün nəvə Nailə deyin ki, müalicəsinə söz verib amma 1 qəpik pul xərcləmədiyiniz Mutallib Tekiş və həyat yoldaşı Songul Tekişin ahu tutdu sizi… Üstəgəl 28 ildir zülm içərisində, pansionat və yataqxanalarda xəstə düşən köçkünlərin ah-naləsi yerdə qalmadı! .

Uzun sözün qısası, Əli Həsənovun “Qaçqınkom”a rəhbərlik etdiyi dövrdə köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Şəxsən mən Əntiqə, köçkün olaraq haqqımı sənə halal eləmirəm”!

XeberTv.info

Digər xəbərlər

Qarabağlı ermənilərin "ordu"su ləğv edilir
Parlament qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni II oxunuşda qəbul etdi
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Bakıda 23 yaşlı qız özünü asdı
Rusiyanın Xankəndidə ucaltdığı abidə ilə bağlı açıqlama
Ölkəni silkələyən DƏHŞƏT: 75 yaşlı qadın ərini və qızını öldürüb həyətində basdırıbmış - 25 il sonra üzə çıxdı
İlham Əliyev: “Ermənilər bizə mina xəritələrini vermirlər"
Ramin Bayramlı dəbdəbəli villa tikdirir
Deputat: “Ermənistan Hadrutun azad olunması ilə barışa bilmir”
“İslahatlar neqativ halları aradan qaldırmaq məqsədi daşıyır” - PA rəsmisi
Rus aktyor transseksualı öldürüb, doğrayıb cəsədini çaya atdı
Məktəbdə dəhşətli hadisə: 15 yaşlı uşaq...
“Əksər erməni Azərbaycanla yeni müharibə istəmir”
Kanalda batan şəxs axtarılır -
Bakı məktəblərində Anım Günü və Zəfər Günü qeyd ediləcək
SEMAŞKO - fəaliyyətini dayandırıb
Bu şəhərə hansı adla qayıdacaqsan
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana səfəri çərçivəsində Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb
“RUSİYA BİZ DÜŞÜNDÜYÜMÜZ QƏDƏR GÜCLÜ DEYİL...” – “11 yanvardan sonra bir çox məsələlərə aydınlıq gələcək”
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Bakıda sərnişin avtobusu kranla toqquşdu - Xəsarət alanlar var - FOTO
Ermənistan tərəfi uzun müddətdən sonra itkilərinin sayını açıqladı: Saxta rəqəmlər
Bakıda xəstələr və həkimlər qidadan zəhərləndi
Gömrükdə bir korrupsioner komanda getdi, yerinə başqası gəldi...
"Ronaldo özünü yaxşı hiss edir" - Sarri
Bu günədək toplanan ianənin məbləği açıqlandı
Rusiya XİN: "Beş rayonun qaytarılmasının tərəfdarıyıq"
Prezident: “Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur”
25 gün öncə qəzada ölən şəxsin yaxınları hələdə tapılmayıb
Şirvanda ər və arvad dəm qazından boğuldu
{sape_links}{sape_article}