Son dəqiqə
29-09-2021, 18:19
2444

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana səfəri çərçivəsində Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana səfəri çərçivəsində Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində sentyabrın 29-da Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XəbərTv.info-ya verilən məlumata görə, qonağı salamlayan Qazaxıstan Parlament Məclisinin sədri ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib. O, Azərbaycanı Vətən müharibəsində qazandığı qələbə münasibətilə təbrik edib və ölkəmizə uğurlar arzulayıb. Bildirib ki, müharibədən sonra regionda yaranmış yeni situasiya iqtisadi inkişafa öz təsirini göstərəcək, nəqliyyat və kommunikasiyaların bərpa olunması bölgə dövlətlərinin və xalqlarının xeyrinə olacaq.



İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyən Nurlan Niqmatulin ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirib. Spiker Azərbaycanın TÜRK PA -ya sədrliyi dövründə görülən işlərdən danışıb və Qazaxıstanın sədrliyi dövründə iki ölkə arasında əməkdaşlığın daha da güclənəcəyinə inamını ifadə edib. Ölkələrimizin strateji müttəfiq olduğunu qeyd edən Nurlan Niqmatulin siyasi, iqtisadi, mədəni, humanitar və parlamentlərarası əlaqələrimizin daha yüksək səviyyəyə çatacağına əminliyini bildirib.

Qonaqpərvərliyə və səmimi fikirlərə görə təşəkkürünü bildirən Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Bu münasibətlərin inkişafında ölkə başçılarımızın xüsusi rolu var.

Milli Məclisin sədri Türküstan şəhərində TÜRKPA-nın 10-cu plenar iclasında Azərbaycanın 27 sentyabr – Anım Gününün yad edilməsinə və bu təşəbbüslə çıxış etdiyinə görə qazaxıstanlı həmkarına təşəkkürünü bildirib və bu təşəbbüsün Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.
İki ölkənin parlamentləri arasındakı əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, bu müstəvidə, həmçinin TÜRK PA çərçivəsində əməkdaşlıq müstəvisində həyata keçirilən qarşılıqlı səfərlər parlamentlərarası münasibətlərimizin inkişafında mühüm əhəmiyyətə malikdirlər. Azərbaycanın Milli Məclisində, Qazaxıstan parlamentinin isə hər iki palatasında fəaliyyət göstərən qarşılıqlı dostluq qrupları parlamentlərarası əlaqələrimizin inkişafına töhfə verir.



Siyasi, iqtisadi, mədəni, parlamentlərarası əlaqələrimizin inkişaf perspektivlərindən danışan Sahibə Qafarova iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini qeyd edib. Bildirib ki, hər iki ölkədə qarşılıqlı olaraq Azərbaycan və Qazaxıstan şirkətləri uğurla fəaliyyət göstərirlər. Bu baxımdan ölkələrimizi birləşdirən Xəzər dənizi bu gün vacib nəqliyyat arteriyasına çevrilib. 2018-ci ilin avqustunda Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya isə tarixi əhəmiyyətli sənəddir. Bu Konvensiya həm Azərbaycan Milli Məclisi, həm də Qazaxıstan Senatı tərəfindən ratifikasiya olunub.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında qazaxıstanlı həmkarına məlumat verən Milli Məclisin sədri deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Artıq münaqişə tarixə qovuşub, Qarabağın statusu məsələsi birdəfəlik aradan qalxıb və Azərbaycan işğaldan azad olunan ərazilərinin bərpasına başlayıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan işğal dövründə şəhərlərimizi, kəndlərimizi tamamilə dağıdıb, talan edib. Heç də təsadüfi deyil ki, Ermənistanın işğalından azad olunmuş bu əraziləri Qafqazın Xirosiması adlandırırlar. Milli Məclisin sədri Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib.

Sonra Milli Məclisin sədri bildirib ki, qarşıdan Xocalı soyqırımının 30 illiyi gəlir. Spiker bu faciə barədə ətraflı məlumat verərək diqqətə çatdırıb ki, dünyanın bir çox ölkələrinin parlamentləri bu faciəni soyqırım kimi tanımışlar. İstərdik ki, Qazaxıstan parlamenti də insanlığa qarşı böyük cinayət olan bu faciəyə öz münasibətini bildirsin.

Görüşün sonunda Milli Məclisin sədri qazaxıstanlı həmkarına “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə edib.

Digər xəbərlər

"PROQRESS-2016” MTK ŞEFİNİN ÜÇ ƏMƏLİ PROKURORLUQDA
Şuşanın icra başçısı onu tənqid edənlərə “kor” dedi
Deputat Əvəz Zeynallıya xəbərçilik etdi... – VİDEO
Mikayıl Müşfiqin abidəsinin ətrafını kafeyə kim çevirib? - FOTO
Pensiya artımının neçə faiz olacağı açıqlandı
Sentyabrın 15-dən ənənəvi tədrisə qayıtmağın şərtləri açıqlandı
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala vəsiqə qazanıb
DİM yeni pulsuz sınaq imtahanları əlavə etdi
Müdafiə nazirin kortejinə hücum olundu - ÖLƏNLƏR VAR
Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti dayandırılıb
Koronavirusa yoluxan şagird sayı artmaqdadır
Dünya bazarında neft qiymətləri
Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir
Tanınmış gitara ifaçısı oğlu tərəfindən ov tüfəngi ilə qətlə yetirilib
Fateh Terim Bakıda mətbuat konfransı keçirdi - Video
Serj Sarkisyanın arvadı koronavirusdan öldü
Rusiyada qəza törətmiş azərbaycanlı məşhurun qanında narkotik tapıldı
Ağsuda gənc ana intihar etdi
Siyavuş Novruzov icra başçılarını tənqid etdi: “Gələn kimi deyir ki, ərizəni yaz, get” - VİDEO
Mübariz Əlmədətovun SƏRHƏDSİZ İMKANLARI... -
Milli Məclisin növbəti iclasının gündəliyi - TAM SİYAHI
“İndiki situasiyada Xankəndidəki separatçıların həbsi mümkün deyil” - Rusiya çalışacaq ki...
Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün Azərbaycan Televiziyasının yaranmasından 65 il ötür
Düşmən növbəti itkilərini etiraf etdi
DİQQƏT! 500 manat "uşaqpulu" - Bu yolla aldadıla bilərsiniz -
Xocavənd istiqamətində döyüşlərdə şəhid olan qəhrəman müəllimimiz
Azərbaycanın “tender kralı” Ramazan Mirzəyev hələ də öz “taxtında” möhkəm oturub...
Bakıda dizel limitlə satılır?
Yoluxanlarla bağlı bu günə olan statistika
{sape_links}{sape_article}